“2022-2026 Dövlət Proqramı”na sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub. Müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Təqaüd qazanan gənclər sırasında 6 nəfər "University College London", 3 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "ETH Zurich", 2 nəfər "Imperial College London", 3 nəfər "Columbia University", 1 nəfər isə "Stanford University" kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsabiqə üzrə digər müraciətçilərin nəticələrinin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
14/07/2023 17:58
Növbəti apellyasiya müraciətlərinə start verildi
Müəllimlərin işə qəbulu müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi), musiqi fənləri, həmçinin ibtidai sinif müəllimliyi (rus bölməsi, II seans) üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb. İmtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
14/07/2023 17:02
İnformatika, ibtidai sinif, fizika və fransız dili üzrə apellyasiya müraciətlərinə start verildi
Müəllimlərin işə qəbulu müsabiqəsinin informatika, fizika və fransız dili fənləri, həmçinin ibtidai sinif müəllimliyi (I seans) üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb. İmtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
14/07/2023 10:53
Test imtahanlarının 4-cü günü
İyulun 14-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5 635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd dəvət olunub. Qeyd edək ki, MİQ yüksək bilik və bacarığa malik təhsilverənlərin aşkarlanmasında bərabər, ədalətli imkandır. Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. 11-15 iyul tarixlərini əhatə edən test imtahanları 13 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 29 mərkəzdə təşkil olunur. İmtahanlarda namizədlərə 150 dəqiqə vaxt verilir.
14/07/2023 09:42
MİQ-in test imtahanları izlənilib
İyulun 13-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə mediatur keçirilib. Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri, media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar imtahan prosesini izləyiblər. Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, yüksək bilik və bacarığa malik perspektivli müəllimləri seçmək, tədris prosesinin keyfiyyətini yüksəltmək müsabiqənin əsas məqsədlərindəndir. Həsən Həsənli həmçinin yeni və peşəkar kadrların cəlb edilməsi ilə son iki ildə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfərin işə qəbul olunduğunu qeyd edib. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin məqsədi, təşkili qaydalarını və yenilikləri diqqətə çatdırıb. Mediatur iştirakçılarına məlumat verilib ki, bu il MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Əvvəlki illərdən fərqli olaraq, imtahan zamanı namizədlərə 150 dəqiqə vaxt verilir. Bununla yanaşı, ilk dəfə olaraq eyni seansda 8 000-dən artıq namizəd imtahana qatıla bilir ki, bu da namizədlər arasında daha ədalətli rəqabət imkanı yaradır. Daha sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
13/07/2023 15:12
Test imtahanlarının 3-cü günü
İyulun 13-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub. Qeyd edək ki, test imtahanları 11-15 iyul tarixlərini əhatə edir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir. Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.
13/07/2023 09:57
64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru
2-13 iyul tarixlərində Yaponiyanın Çiba şəhərində keçirilən 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər. 112 ölkə üzrə 618 şagirdin iştirak etdiyi yarışda 6 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb. Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva gümüş, Cəlil Hüseynov bürünc medal qazanıblar. Həmin liseyin X sinif şagirdi İbrahim Kərimli və XI sinif şagirdi Anar Mehdiyev, həmçinin Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın XI sinif şagirdi Fərrux Əsədov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Mirhəbib Əsgərov həvəsləndirici mükafata layiq görülüblər. Onu da qeyd edək ki, Fidan Qarayeva Asiya üzrə Məryəm Mirzəxani mükafatı ilə təltif olunub. Sözügedən mükafat hər bir regionda ən yüksək nəticə göstərən məktəbli qızlara təqdim edilir. Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!
12/07/2023 20:28
Riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə apellyasiya müraciətlərinə start verildi
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb. İmtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
12/07/2023 17:41
Təhsil tələbə krediti almaq üçün müraciət edənlərin statistikası
Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fonduna müraciət edən şəxslər üzrə ümumilikdə 6714 nəfər təhsil tələbə kreditindən yararlanıb. Onlardan 2345 nəfərin müraciəti sosial TTK, 4369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib. Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.
12/07/2023 16:37
Xaricdə təhsil üzrə sənəd qəbulu iyulun 14-də yekunlaşır
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu iyulun 14-də başa çatacaq. Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər. Qeyd edək ki, proqrama müraciət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədləri elektron ərizə sistemində yaratdığı “Şəxsi kabinet”ə əlavə etməklə ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun gələn namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər aidiyyəti üzrə növbəti mərhələyə buraxılırlar. Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.
12/07/2023 14:44
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı