“Ulduz” futbol akademiyasının açılış mərasimi keçirilib
Oktyabrın 23-də Xəzər rayonunun Şağan qəsəbəsində “Ulduz” futbol akademiyasının açılış mərasimi keçirilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Sərxan Hacıyev, “Ulduz” futbol akademiyasının direktoru Mehman Əlimov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə akademiyanın tərkibində fəaliyyət göstərən komandalar ictimaiyyətə təqdim olunub.
Mərasimi giriş sözü ilə açan Mehman Əlimov “Ulduz” futbol akademiyası haqqında məlumat verib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov “Ulduz” futbol akademiyasının fəaliyyətinin nazirlik tərəfindən dəstəkləndiyini bildirib və burada çıxış edən uşaqların gələcəkdə böyük nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkə başçısı tərəfindən idmana xüsusi diqqət, qayğı göstərildiyindən, belə akademiyaların fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edib, həmçinin buradakı uşaqların Azərbaycan futbolunun inkişafına töhfə verəcəklərini vurğulayıb.
Digər çıxışçılar da öz növbələrində akademiyanın önəmindən bəhs ediblər və iştirakçılara uğurlar arzulayıblar.
Rəsmi çıxışlardan sonra isə “Ulduz” futbol akademiyası ilə bağlı videoçarx nümayiş etdirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
