• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 26-da Respublika Olimpiya Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 1996-cı ildən hər il Beynəlxalq Olimpiya Gününün qeyd olunduğunu bildirib, ölkəmizdə idmanın yüksəliş dövründən, idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr əldə etməsindən danışıb.
 
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarını salamlayaraq qalib bir ölkənin vətəndaşları kimi belə tədbirlərdə iştirakın qürurlu hal olduğunu qeyd edib, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin olunmasında, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını bildirib.
 
Firudin Qurbanov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı və idmançılarımızın olimpiya oyunlarında əldə etdikləri nailiyyətlərdən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
 
Rəsmi çıxışlardan sonra 200 nəfərdən artıq müəllim və şagirdin iştirakı ilə əyləncəli idman yarışı təşkil olunub, qaliblərə mükafatlar təqdim edilib. 
  
Sonda xatirə fotosu çəkdirilib.
 


26.10.2023 - 17:00