Təhsil proqramları (fənn kurikulumları) ictimai müzakirəyə çıxarılıb
Təhsil İnstitutu (ARTİ) fənlər üzrə təkmilləşdirilmiş təhsil proqramlarını (fənn kurikulumları) ictimai müzakirəyə təqdim edir.
Təhsil proqramları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” əsasında təkmilləşdirilib.
İctimai müzakirədə iştirak etmək istəyənlər ARTİ-nin rəsmi səhifəsinin “Fəaliyyətimiz” bölməsində (https://shorturl.at/ckKL2) riyaziyyat, kimya, biologiya, həyat bilgisi və təbiət fənləri üzrə təkmilləşdirilmiş təhsil proqramları ilə tanış ola bilərlər.
Qeyd edək ki, rəy, təklif və iradlarınızı tsp@arti.edu.az elektron poçt ünvanına göndərə bilərsiniz.
ARTİ təhsil proqramlarının təkmilləşdirilməsində ictimaiyyəti fəal olmağa dəvət edir.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
