Regional təhsil idarələrinin rəhbərləri və maliyyə-mühasibatlıq işçiləri üçün praktiki seminar
Dekabrın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinin rəhbərləri, eləcə də maliyyə-mühasibatlıq işçilərinin iştirakı ilə praktiki seminar keçirilib.
Əvvəlcə Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov seminarın məqsədi, maliyyə-mühasibatlıq işçilərinin vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik və bacarıqlarının artırılmasının zəruriliyindən danışıb. Seminarın əhəmiyyətini vurğulayan şöbə müdiri dövlət büdcəsində təhsil xərclərinin həcmi, qarşıda duran vəzifələr barədə iştirakçıları məlumatlandırıb, bir sıra təklif və tövsiyələr verib.
Daha sonra seminar Maliyyə, Təhsilin iqtisadiyyatı, Audit şöbələrinin əməkdaşlarının müvafiq təqdimatları və müzakirələrlə davam etdirilib.
Seminarın sonunda isə suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
