Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
Elm və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Aparat rəhbəri Mətin Kərimli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və ittifaq üzvləri iştirak ediblər. Nazir müavini Firudin Qurbanov tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra Elm və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsi və Təftiş Komissiyasının hesabatları dinlənilib. Hesabatlar üzvlər tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib. Daha sonra yığıncaqda səsvermə keçirilib, Həmkarlar İttifaqı Komitəsi və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb. Elnur Əliyev ittifaq üzvləri tərəfindən Həmkarlar İttifaqı Komitəsinin sədri, Gülarə Xudiyeva isə sədr müavini seçilib.
03/05/2024 17:45
Elm və təhsil naziri NAFSA-nın icraçı direktoru ilə görüşüb
Mayın 3-də elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsilverənlər Assosiasiyasının (NAFSA) icraçı direktoru Fanta Av ilə görüşüb. Görüşdə Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib.
03/05/2024 17:30
Biologiya və coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələri
Biologiya və coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələri elan edilib. Şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr barədə məlumat ala bilərlər. Qeyd edək ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərənlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərənlər bürünc medala layiq görülüblər. Respublika Fənn Olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
03/05/2024 16:31
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib
Mayın 2-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib. İclasda sertifikatlaşdırma prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanı mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib. Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər. İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək. Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər. Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
03/05/2024 10:45
“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi yekunlaşıb
Mayın 2-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Tədbir ərzində məktəblilərin ifasında Məhəmməd Füzulinin əsərləri, qəzəllərinə bəstələnən mahnılar səsləndirilib, dahi şairə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarət olub. Layihə çərçivəsində respublikada fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, ədəbiyyat, eləcə də incəsənət xadimləri ilə görüşlər təşkil olunub, “Füzuli dünyası” adlı intellektual oyun və müsabiqə keçirilib.
03/05/2024 10:00
41-ci Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar
27 aprel – 2 may tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilmiş 41-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edib. Məktəblilərimiz 1 gümüş, 2 bürünc olmaqla ümumilikdə 3 medal və 2 həvəsləndirici mükafat qazanıblar. Olimpiadada Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Mirhəbib Əsgərov gümüş, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Ömər Qədimli və İbrahim Kərimli bürünc medal əldə ediblər. Bundan əlavə, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Telman Məmmədov və Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər. Qeyd edək ki, 2007-ci ildən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 18 gümüş və 38 bürünc medal qazanıblar.
02/05/2024 20:09
Elm və təhsil naziri Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüşüb
Mayın 2-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Sektor Qrupunun İnsan Kapitalı və Sosial İnkişaf Departamentinin direktoru Sofia Şakillə görüşüb. Görüşdə Elm və Təhsil Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
02/05/2024 19:00
Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib
Mayın 2-də “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən alternativ məktəbəqədər sinfə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Musayeva Həmidova, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Mediatur iştirakçılarına məlumat verilib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsildən kənarda qalan uşaqların cəlb edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən alternativ modellərin tətbiqi həyata keçirilir. Belə ki, 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən məktəbəqədər sinif ölkəmizdə ilk dəfə olaraq həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində yaradılıb. Sözügedən sinifdə 20 uşaq məktəbəqədər təhsilə cəlb olunub. Mediatur çərçivəsində iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. Qeyd edək ki, proqram üzrə 16 layihə qalib olub. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöldə icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib.
02/05/2024 16:56
“Könüllü DOST” proqramının 5 illik fəaliyyətinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir keçirilib
Mayın 2-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində DOST Agentliyinin “Könüllü DOST” proqramının beş illik fəaliyyətinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir təşkil edilib. Tədbirin keçirilməsində məqsəd könüllü gənclərlə hökumət rəsmiləri, baş icraçı direktor və digər top-menecerlərin görüşlərini təşkil etmək, onların uğur hekayələrini könüllülərlə paylaşmaları və gənclərdə liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədr müavini Ceyhun Salmanov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər şəxslər iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında “Könüllü DOST” iştirakçılarını proqramın beş illiyi münasibətilə təbrik edib və ölkəmizdə könüllülük hərəkatının genişlənməsində onun əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini könüllülərin xüsusi qayğıya ehtiyacı olan şəxslərə yardım etməklə həm sosial sahəyə dəstək göstərdiklərini, həm də bu sahə ilə bağlı böyük təcrübə qazandıqlarını vurğulayıb. Digər çıxışçılar “Könüllü DOST” proqramının iştirakçılarını təbrik ediblər və könüllülüyün ölkəmizdəki əhəmiyyətindən danışıblar. Tədbirdə könüllülər üçün “CEO Talks” təlimi də keçirilib. Çıxış edənlər idarəçilik sahəsində bilik və bacarıqlarını gənclərlə bölüşüblər və onlara karyera istiqamətində tövsiyələr veriblər.
02/05/2024 15:36
“Sərhəd” hərbi-idman oyunlarının bağlanış mərasimi
Mayın 1-də Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində “Sərhəd” hərbi-idman oyunları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qalib komandaları təbrik edib və onlara uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 rayon üzrə 187 məktəbdən 875 şagird iştirak edib. Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Maskalanma", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq", "Sıra hazırlığı" və digər istiqamətlər üzrə bilik və bacarıqlarını nümayiş еtdiriblər. Final mərhələsinin yekunlarına görə, Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun “Ümid” komandası isə üçüncü yeri tutub. Sonda qaliblərə mükafatlar təqdim olunub, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr verilib.
02/05/2024 10:48
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı