Təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatlandırıcı sessiya keçirilib
İyunun 6-da STEAM İnnovasiya Mərkəzində təhsilverənlərin sertifikatlaşdırılmasına dair media nümayəndələri üçün məlumatlandırıcı sessiya keçirilib.
Məlumatlandırıcı sessiyada açılış nitqi ilə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov sertifikatlaşdırmanın əhəmiyyətindən söz açıb. Sertifikatlaşdırma nəticələrinin müəllimlərin əməkhaqqısına təsirindən danışan Eşqi Bağırov qeyd edib ki, 2022-ci ildən etibarən əməkhaqqı sertifikatlaşdırma nəticəsinə uyğun olaraq diferensial formada artırılır. Sertifikatlaşdırmadan uğurla keçən müəllimin orta aylıq əməkhaqqısı 1300 manata qədərdir.
Daha sonra sertifikatlaşdırma prosesi ilə bağlı geniş təqdimatla çıxış edən MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli sertifikatlaşdırmanın üstünlüklərinə toxunub. Nurlan İsmayılbəyli bildirib ki, ən yüksək nəticə göstərmiş müəllimlər tərəfindən mentor kimi məktəbdaxili metodiki xidmət həyata keçirilir. Müəllimlərin sertifikatlaşdırılma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində istifadə olunması nəzərdə tutulur. Müəllimlər sertifikatlaşdırma prosesində toplanılan bal əsasında da iş yerlərini dəyişmək imkanı əldə edirlər.
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma imtahanlarında istifadə edilən sualların məzmunundan danışıb. Nəzakət Mehdiyeva bildirib ki, uğur qazana bilməyən müəllimlər adətən müsahibə mərhələsində kəsilirlər, çünki onların öyrətmə üsulu qaneedici olmur.
Sessiyanın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
1 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
