May ayında 760 nəfərin diplomu tanınıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, may ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 4, dövlət nümunəli olmayan diplom səbəbi ilə 2, təhsil forması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 264, Ukraynadan 243, Türkiyədən 118, Belarusdan 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan 28, Çindən 9, Macarıstandan 9, Polşadan 6, Qazaxıstandan 6, ABŞ-dən 5, İtaliyadan 5, Niderlanddan 5, Çexiyadan 3, Almaniyadan 2, Fransadan 2, Özbəkistandan 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriyadan 1, Banqladeşdən 1, Belçikadan 1, Estoniyadan 1, İrandan 1, İspaniyadan 1, İsveçdən 1, İsveçrədən 1, Kiprdən 1, Koreyadan 1, Litvadan 1, Norveçdən 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.
1 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
