“Məktəblilərin respublika çempionatı”nın final yarışları davam edir
İyunun 4-də Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə təşkil olunan “Məktəblilərin respublika çempionatı”nın sərbəst və yunan-Roma güləşi idman növü üzrə final yarışlarının açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub.
Sonra tədbir final qarşılaşmaları ilə davam etdirilib. Sonda isə qaliblərə rəsmi qonaqlar tərəfindən diplom və medal təqdim olunub.
Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda ölkənin müxtəlif rayon və şəhərlərindən 11 çəki dərəcəsində 2010–2012-ci il təvəllüdlü məktəbli idmançılar iştirak edirlər.
Qeyd edək ki, yarışlara 7 iyun tarixində yekun vurulacaq.
“Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 8–10 iyun tarixlərində cüdo idman növü üzrə yarışlarla davam etdiriləcək.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tovuzda vətəndaşları qəbul edəcək
12.05.2026 - 12:11 -
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52
