Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimi keçirilib
Mayın 10-da Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib. Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edək ki, mərasimdə 100-ə yaxın ağac əkilib. Ağacəkmə mərasimi çərçivəsində həmçinin Elm və Təhsil Nazirliyinin 7 nəfər əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.
10/05/2024 15:24
Ulu öndərin məzarı ziyarət edilib
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
10/05/2024 14:10
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Konsert mayın 7-də Heydər Əliyev sarayında keçirilib. Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə iştirak edib. Müsabiqəyə ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələr qatılıblar. Birinci mərhələdə ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə isə seçilmiş ən yaxşı ifaçı və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar. Festival-müsabiqənin qalibləri yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.
08/05/2024 15:50
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqə üzrə qeydiyyat prosesi 15 may saat 11:00-dan 22 may saat 11:00-dək aparılacaq. Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər. Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış ola bilərsiniz: https://miq.edu.az/faq
08/05/2024 14:58
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
13 – 14 may tarixlərində Bakı PISA üzrə II ISESCO Nazirlər Konfransına ev sahibliyi edəcək. Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçiriləcək beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub. Konfransda 30-a yaxın ölkədən 50-dən çox nümayəndə iştirak edəcək. Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir. Konfrans təqdimat və interaktiv müzakirələr formatında keçiriləcək. Konfrans zamanı iştirakçılar ISESCO-ya üzv ölkələrin kontekst və prioritetləri arasında yaxınlaşma və divergensiya sahələrini, qiymətləndirilən bacarıq və sahələr, həmçinin beynəlxalq qiymətləndirmələrin kontekstual məlumattoplama üsullarını və metodologiyalarını araşdıracaqlar. Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.
08/05/2024 11:17
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə!
Əziz müəllimlər, Təhsil TV tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı proqram yayımlanır. "Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri" proqramı cari ildə sertifikatlaşdırma imtahanı keçiriləcək fənləri əhatə edir. Proqramda sözügedən fənlər, metodika və pedaqogika üzrə mövzuların izahı təqdim olunur. Əziz müəllimlər, sizin üçün faydalı və dəstək məqsədli bu proqramı Elm və Təhsil Nazirliyi, həmçinin Təhsil TV-nin rəsmi “Facebook” səhifələri üzərindən izləyə bilərsiniz.
08/05/2024 10:09
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
8 may saat 17:00-da “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Kanadanın Ottava Universitetinin qonaq professoru, ABŞ-nin Boston Kollecinin tədqiqatçı professoru, eləcə də ARC Təhsildə Əməkdaşlıq Şəbəkəsinin yaradıcısı və prezidenti Endi Harqrivsdir. Tədqiqatlarına 100 mindən artıq istinad edilən, ABŞ-nin təhsil siyasəti müzakirələrinə ən çox təsir göstərən alimlərdən biri olan Endi Harqrivslə "Məktəbdə iştirakçılıq və rifah" barəsində danışılacaq. Endi Harqrivs ABŞ Milli Təhsil Akademiyası və Kral İncəsənət Cəmiyyətinin üzvüdür. Honkonq Təhsil Universiteti, İsveçin Uppsala Universiteti və Böyük Britaniyanın Bolton Universitetinin fəxri doktorudur. 30-dan çox kitabın müəllifi olan Endi Harqrivs Kanada, ABŞ və Böyük Britaniyada aparılan təhsil tədqiqatları ilə bağlı xidmətlərinə görə nüfuzlu mükafatlara layiq görülüb.
07/05/2024 16:54
RFO-nun riyaziyyat fənni üzrə final turu keçirilib
Mayın 7-də Respublika Fənn Olimpiadalarının (RFO) riyaziyyat fənni üzrə final turu keçirilib. Final turunu izləmək üçün Təhsil İnstitutu, Kapital Bankın rəsmiləri və media nümayəndələrinin iştirakı ilə olimpiadanın keçirildiyi məkana mediatur təşkil edilib. İmtahan prosesini izləyən mediatur iştirakçılarına bildirilib ki, ümumilikdə 134 şagird olimpiadanın riyaziyyat fənni üzrə final mərhələsində yarışır. Nəticələr portal.edu.az platforması vasitəsilə elan ediləcək. Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir. Olimpiadanın təşkilində məqsəd istedadlı şagirdləri aşkar etmək, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməkdir.
07/05/2024 14:18
Azərbaycan dili, tarix və fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələri
Azərbaycan dili, tarix və fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələri elan edilib. Şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr barədə məlumat ala bilərlər. Qeyd edək ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərənlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərənlər bürünc medala layiq görülüblər. Respublika Fənn Olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
06/05/2024 16:00
Azərbaycan Tələbə Liqasının bağlanış mərasimi
Mayın 3-də ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub. III yer uğrunda mübarizədə Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub. Liqanın ikinci altılığında mübarizə aparan komandalardan I yeri Bakı Dövlət Universiteti, II yeri Bakı Mühəndislik Universiteti, III yeri Bakı Ali Neft Məktəbinin komandası tutub. Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər. Bədii hissədən sonra elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Tələbə Liqasından danışıb, liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliği, perspektivli idmançıların aşkarlanmasında xüsusi rol oynadığını vurğulayıb. Firudin Qurbanov həmçinin çıxışında idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsi və onların vətənpərvərlik hisslərinin tərbiyəsində əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci altılığın qalib komandalarına kubok və hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya isə kubok təqdim edilib. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilib.
04/05/2024 11:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı