“Məktəblilərin respublika çempionatı”nın cüdo idman növü üzrə final yarışları keçirilib
İyunun 10-da Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə təşkil olunan “Məktəblilərin respublika çempionatı”nın cüdo idman növü üzrə açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman Nazirliyi, idman federasiyalarının rəsmi şəxsləri, həmçinin tanınmış idmançılar iştirak ediblər.
Tədbirdə əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub.
Sonra tədbir final qarşılaşmaları ilə davam etdirilib. Sonda isə qaliblərə rəsmi qonaqlar tərəfindən diplom və medal təqdim olunub.
Cüdo üzrə yarışlarda ölkənin müxtəlif rayon və şəhərlərindən 16 çəki dərəcəsində 2012–2014-cü il təvəllüdlü məktəbli idmançılar iştirak ediblər.
Qeyd edək ki, “Məktəblilərin respublika çempionatı” dörd idman növü üzrə Taekvondo, Güləş, Cüdo və Ağırlıqqaldırma federasiyaları tərəfindən idarə olunub. Çempionata cüdo idman növü üzrə yarışlarla yekun vurulub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
