Təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanları keçirilib
İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.
Test imtahanları 16 şəhər üzrə 29 imtahan mərkəzini əhatə edib. İmtahanda 95% davamiyyət qeydə alınıb.
Test imtahanının nəticələri günün sonunadək müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə nəticələrlə tanış ola biləcəklər.
Nəzərinizə çatdırırıq ki, müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Əlavə olaraq bildiririk ki, təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
Təkrar imtahanda keçid balını toplamayan təhsilverənlərlə iş üzrə komissiyalar 10 iyun tarixindən fəaliyyətə başlayacaq. Yerli təhsili idarəetmə orqanlarında yaradılmış bu komissiyalar tərəfindən təhsilverənlərin alternativ iş imkanlarına baxılacaq.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
