Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir
15 may saat 11:00-dan 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqə üzrə qeydiyyat prosesi 22 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak üçün namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış ola bilərsiniz: https://miq.edu.az/faq
15/05/2024 10:46
Elm və təhsil naziri Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Mayın 14-də elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığının təhsil nazirinin ümumi təhsil üzrə müavini Hassan Khormi ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Hassan Khormi Bakı şəhərində keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında iştirak məqsədilə ölkəmizdə səfərdədir.
14/05/2024 18:13
PISA üzrə II ICESCO Nazirlər Konfransı başa çatıb
Mayın 14-də Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işini yekunlaşdırıb. Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub. Konfransda Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssalam, Livan, Oman Sultanlığı, Qambiya olmaqla ümumilikdə 20-yə yaxın ölkədən 40-dan çox nümayəndə iştirak edib. Panel sessiyaları ilə işini davam etdirən konfransın ikinci günündə müxtəlif ölkələrin PISA-da iştirakında OECD-nin rolu, ICESCO-ya üzv olan dövlətlər üçün PISA qiymətləndirmələrinin əhəmiyyətliliyinin artırılması, eləcə də təhsil prioritetlərinin PISA qiymətləndirmələri ilə eyniləşdirilməsi mövzularında interaktiv müzakirələr aparılıb. Qeyd edək ki, iki gün keçirilən konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirmək olub.
14/05/2024 15:33
Sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsi genişləndirilir
Elm və Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib. Bu gündən etibarən tələbələrin hər iki valideyninin (tək valideyni olduqda isə həmin şəxsin) sosial statusları ilə yanaşı, tələbələrin qanuni nümayəndələrinin də sosial statusları nəzərə alınacaq. Bundan başqa, aşağıda qeyd edilmiş daha dörd sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər: “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr; “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr; “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr; tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələrlə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr. Qeyd edək ki, təhsil tələbə kreditlərinin (TTK) verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixindən bu günədək fonda 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub. Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixədək 34 839 nəfər təşkil edir. Onlardan 12 131 tələbə (35%) sosial növ TTK, 22 708 tələbə (65%) standart növ TTK-dan yararlanıb. Ümumilikdə isə tələbələr üçün rəsmiləşmiş kreditlər üzrə 31,9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb. 2023–2024-cü tədris ilinin yaz semestri üzrə TTK üçün müraciətlərin qəbulu davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən müraciət edə bilərlər.
14/05/2024 12:59
PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü yekunlaşıb
Mayın 13-də Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü başa çatıb. Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub. Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq konfransın əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, bu tədbir bizə PISA qiymətləndirmələrinin ICESCO-ya üzv olan dövlətlər üçün vacibliyini müzakirə etmək imkanı yaradır. Təhsilin qiymətləndirilməsi və siyasətin hazırlanması üçün vahid qiymətləndirmənin effektiv olduğunu deyən Emin Əmrullayev konfransda aparılan fikir mübadilələrinin cəmiyyətlərin gələcək təhsil həyatına töhfə verəcəyinə inamını ifadə edib. Emin Əmrullayev vurğulayıb ki, tədbirin məqsədlərindən biri də islam ölkələri tərəfindən şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatın təşkili prosesində Azərbaycanın vasitəçiliyini təmin etməkdir. Nazir ölkəmizin illərdir ki, şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsində iştirak etdiyini və bunun həm təhsilin keyfiyyətinin, həm də rəqabətliliyin artırılması üçün önəmli olduğunu bildirib. Açılış mərasimində çıxış edən ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir. Baş katib əlavə edib ki, hazırkı konfrans qlobal mühitdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur. Daha sonra konfransa onlayn qoşulan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer konfransın təşkili üçün Azərbaycana təşəkkür edib. PISA tədqiqatının nəticələrindən danışan Andreas Şleyxer qeyd edib ki, şagirdlər üçün məktəbləri daha uzun müddət açıq saxlamaq, rəqəmsal distraktorları məhdudlaşdırmaq, şagirdlərin öyrənmə prosesində valideynlərlə tərəfdaşlığı gücləndirmək, təhsildə təbəqələşmənin qarşısını almaq, müəllimlərin inkişaf və tədris materiallarını ehtiyaclara uyğunlaşdırmaq, məktəblərdə tədrisin keyfiyyət təminatını yaxşılaşdırmaq pandemiyadan sonra daha çox gündəmdə olmalıdır. Konfransda OECD-nin nümayəndəsi Maykl Vord “PISA 2022 nəticələrinə ümumi baxış: qlobal və regional trendlər” mövzusunda təqdimatla çıxış edib. Konfransın ilk günü “Şagird nailiyyətləri: riyaziyyat, oxu və təbiət elmləri sahəsində şagirdlər nələr edə bilərlər?”, “Məktəb mühitinin şagirdlərin öyrənmə prosesinə dəstəyi”, “Müəllimlər üçün metodiki vəsait və peşəkar inkişaf təlimlərinin şagird nailiyyətlərinə təsiri” mövzularında panel sessiyaları keçirilib. Sessiyalar çərçivəsində beynəlxalq nəticələr və ICESCO üzrə iştirakçı ölkələrin nəticələrinin müqayisəli təhlili, PISA-nın Azərbaycan üzrə nəticələri, onların qərarvermədə təsiri, gələcəyin bacarıqları və digər mövzularda interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı ölkəmizin beynəlxalq qiymətləndirmələrdə aktiv iştirakı qeyd edilib. Əlavə olaraq bildirilib ki, islam ölkələri arasında şagirdlərin qiymətləndirmə çərçivələrinin hazırlanması nəzərdə tutulur və Azərbaycan bu prosesə öz dəstəyini göstərəcək. Konfrans mayın 14-də işini davam etdirəcək.
13/05/2024 17:05
Qeyri-pedaqoji ixtisaslara malik şəxslərin nəzərinə!
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslı şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcəklər. Nəzərinizə çatdırırıq ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı Elm və Təhsil Nazirliyi tərəfindən elan edilir. Siyahı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir.
13/05/2024 15:38
PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işini davam etdirir
Mayın 13-də Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı keçirilir. Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub. Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq konfransın əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, bu tədbir bizə PISA qiymətləndirmələrinin ICESCO-ya üzv olan dövlətlər üçün vacibliyini müzakirə etmək imkanı yaradır. Təhsilin qiymətləndirilməsi və siyasətin hazırlanması üçün vahid qiymətləndirmənin effektiv olduğunu deyən Emin Əmrullayev konfransda aparılan fikir mübadilələrinin cəmiyyətlərin gələcək təhsil həyatına töhfə verəcəyinə inamını ifadə edib. Emin Əmrullayev vurğulayıb ki, tədbirin məqsədlərindən biri də islam ölkələri tərəfindən şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatın təşkili prosesində Azərbaycanın vasitəçiliyini təmin etməkdir. Nazir ölkəmizin illərdir ki, şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsində iştirak etdiyini və bunun həm təhsilin keyfiyyətinin, həm də rəqabətliliyin artırılması üçün önəmli olduğunu bildirib. Açılış mərasimində çıxış edən ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir. Baş katib əlavə edib ki, hazırkı konfrans qlobal mühitdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur. Daha sonra konfransa onlayn qoşulan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer konfransın təşkili üçün Azərbaycana təşəkkür edib. PISA tədqiqatının nəticələrindən danışan Andreas Şleyxer qeyd edib ki, şagirdlər üçün məktəbləri daha uzun müddət açıq saxlamaq, rəqəmsal distraktorları məhdudlaşdırmaq, şagirdlərin öyrənmə prosesində valideynlərlə tərəfdaşlığı gücləndirmək, təhsildə təbəqələşmənin qarşısını almaq, müəllimlərin inkişaf və tədris materiallarını ehtiyaclara uyğunlaşdırmaq, məktəblərdə tədrisin keyfiyyət təminatını yaxşılaşdırmaq pandemiyadan sonra daha çox gündəmdə olmalıdır. Konfrans panel sessiyaları ilə öz işini davam etdirir.
13/05/2024 12:07
PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işinə başlayıb
Mayın 13-də Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işinə başlayıb. Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub. Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssalam, Livan, Oman Sultanlığı, Qambiya və digər ölkələrdən 40-dan çox nümayəndə qatılıb. Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir. Konfrans hazırda öz işini davam etdirir.
13/05/2024 09:25
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da iclasda iştirak edib. İclas iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. İclasda qeyd olunub ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə inşa edilib. Qərargahın rəhbəri ulu öndərin siyasi irsinin layiqli davamçısı İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycanın tarixi qələbə qazandığını, ərazi bütövlüyü və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhali sayının 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin daha da artacağını diqqətə çatdırıb, həmçinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini vurğulayıb. İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələn müvafiq tapşırıqlar verilib. İclasdan sonra Xankəndi və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində müvafiq ərazilərə baxış keçirilib.
11/05/2024 20:47
Elm və təhsil naziri Türkiyəyə səfər edib
Elm və təhsil naziri Emin Əmrullayev Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib. Mayın 8-də Emin Əmrullayev Ankara şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında iştirak edib. Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərlikləri iştirak ediblər. Səfər çərçivəsində elm və təhsil naziri Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Ali Təhsil Şurasının sədri Erol Özvar və Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədri Mahmut Özerlə görüşüb. Görüşlərdə iki ölkə arasında təhsil sahəsində davam edən və planlaşdırılan əməkdaşlıq istiqamətləri müzakirə olunub.
11/05/2024 11:20
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı