Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri müzakirə olunub.

“Yaşıl artım gündəliyində təhsil” konfransı keçirilib

Mayın 27-də Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Yaşıl artım gündəliyində təhsil” konfransı keçirilib.    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın məqsədi milli sosial-iqtisadi prioritet olan “Təmiz ətraf mühit və yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaqdır.   Konfransda elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, COP29-un nümayəndələri, həmçinin müxtəlif işəgötürən qurumların nümayəndələri iştirak ediblər.   Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderatoru olduğu “Yaşıl artım siyasətinin gündəliyi” adlı açılış panelində elm və təhsil naziri Emin Əmrullayev, energetika nazirinin müavini Samir Vəliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkili Nigar Arpadarai çıxış ediblər. İştirakçılar yaşıl artım siyasətinin gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, ölkəmizdə yaşıl iqtisadiyyata keçid üçün bütün sahələrdə kompleks yanaşmanın ortaya qoyulması labüddür. Təhsil sistemi isə bu prosesdə əsas faktorlardan biridir.    Daha sonra Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində peşə təhsili müəssisələri arasında elan olunan #YaşılDünyaNaminə videoçarx müsabiqəsinin qaliblərinə – Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələrinə mükafat təqdim edib.   Konfransın ikinci paneli “Yaşıl artım naminə dövlət–özəl tərəfdaşlığı” mövzusuna həsr olunub.    “Yaşıl artım naminə bacarıqların inkişafında təhsilin rolu” adlı üçüncü panel müzakirəsi isə müxtəlif təhsil pillələri üzrə nümayəndələrin iştirakı ilə keçirilib.   Konfrans zamanı həmçinin auditoriyanı maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb.

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçiriləcək.    İclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.   Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

İyunun 3-ü saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.     2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatacaq.    2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.   Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

"Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsi keçirilib

Mayın 25-də ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak etdiyi “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsi təşkil olunub. Olimpiada ölkə üzrə 14 mərkəzdə keçirilib.  1001 şagird ikinci mərhələdə iştirak hüququ əldə edib.    Final mərhələsində isə ən yüksək nəticə göstərmiş 36 şagird öz bilik və bacarığını sınayacaq.   Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib

Mayın 24-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Strateji kommunikasiya” mövzusunda təlim keçirilib.    Təlimin keçirilməsində məqsəd kommunikasiya sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, iştirakçıların böhran kommunikasiyasının düzgün təşkili kimi mövzularla bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdir.     Təlimdə Elm və Təhsil Nazirliyi, tabe qurum və layihələri, eləcə də regional təhsil idarələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları iştirak ediblər.   Təlimdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirakçıları salamlayaraq kommunikasiya elementlərindən söz açıb.    Kommunikasiya zamanı komanda işinin əhəmiyyətindən danışan Mətin Kərimli komanda quruculuğunun düzgün təşkilinin vacibliyini diqqətə çatdırıb.    Mətin Kərimli sonda iştirakçıların suallarını cavablandırıb.    Sonra nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev iştirakçıları salamlayaraq onlara fəaliyyətlərində uğurlar arzulayıb.    Sonra təlim sessiyalarla davam etdirilib.    Təlim çərçivəsində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Emin Hüseynzadə “Auditoriya üçün təsirli hekayə” mövzusunda danışıb.   Daha sonra qrafik dizayn və vizual kommunikasiyalar üzrə tədris rəhbəri Fərid Rzazadənin təqdimatında “Məzmunun formalaşdırılmasında brendinq. Düzgün vizual hekayənin qurulması”, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Azər Nəzərovun təqdimatında isə “Böhran kommunikasiyası” mövzularında təlim keçirilib.    Təlimçilər müxtəlif sosial media platformaları üçün yaradılan hekayələrin fərqli cəhətləri, auditoriyaya uyğun qəhrəmanların seçilməsi, müvafiq mesaj və kommunikasiya alətlərinin düzgün müəyyən edilməsi, böhranların qarşısını almaq üçün hekayələrdən istifadə üsulları, foto və video kimi vizualların hekayələrə daxil edilməsi vasitələri, böhranla bağlı effektiv ünsiyyət üçün strategiyalar və digər istiqamətlərdə maarifləndirmə aparıblar.    Təlim çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.   Təlimin yekununda isə iştirakçılar arasında intellektual müsabiqə təşkil edilib.

“Məktəblilərin respublika çempionatı”nın final yarışları davam edir

Mayın 24-də Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə keçirilən “Məktəblilərin respublika çempionatı”nın ağırlıqqaldırma idman növü üzrə final yarışlarının açılış mərasimi olub.    Ağır Atletika Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Açılış mərasimində əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub.   Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.   Qeyd edək ki, ağırlıqqaldırma idman növü üzrə yarışlara 26 may tarixində yekun vurulacaq.   “Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 4–7 iyun tarixlərində sərbəst və yunan-Roma güləşi, 8–10 iyun tarixlərində isə cüdo idman növü üzrə yarışlarla davam etdiriləcək.

Minifutbol turnirinə yekun vurulub

Mayın 23-də 28 May – Müstəqillik Gününə həsr edilmiş peşə təhsili müəssisələrinin tələbələri arasında minifutbol üzrə turnirə yekun vurulub.   III yer uğrunda mübarizədə Rabitə və İnformasiya üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasına qalib gəlib. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub.   Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.    Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirin məqsədi komandalar arasında dostluq əlaqələri yaratmaq, ən güclü və yaxşı təşkil olunmuş komandaları müəyyənləşdirmək, həvəskarlar arasında futbolun təbliğini təmin etməkdən ibarət olub.

Emin Əmrullayev Mahmut Özerlə görüşüb

Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Milli Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri Mahmut Özerlə görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri müzakirə olunub.

"Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilir

Mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.    Konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.    Açılış mərasimindən sonra konfrans öz işini məruzələrlə davam etdirib.    Konfrans çərçivəsində “Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti”, “1969–1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi”, “Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması ilə əlaqədar ümummilli lider Heydər Əliyevin tələbləri və tövsiyələri”, “Prezident İlham Əliyevin yaşıl dünya naminə həmrəylik və yaşıl enerji siyasəti”, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və reintroduksiya layihələri” və digər mövzularda məruzələr dinləniləcək.   Konfrans mayın 24-də öz işini yekunlaşdıracaq.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı