AzTU-ya qəbul olan şəxslər sənədlərini elektron formada təqdim edəcəklər
Cari ildən Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olan şəxslərdən kağız daşıyıcıda sənəd tələb olunmayacaq.
Müvafiq qərar “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətinin portal.edu.az platforması üzərindən həyata keçirildiyi və lazımi məlumatların elektron qaydada təmin edildiyi əsas götürülərək qəbul olunub.
Atılan addım ölkədə rəqəmsal hökumət quruculuğu və rəqəmsal transformasiyanın inkişafı baxımından kağız israfının qarşısının alınması, həmçinin şəffaflığın təmin olunması üçün əhəmiyyətlidir.
Artıq 3 ildir, ali təhsil müəssisələrinə qəbul olan şəxslər sənədlərini elektron formada, www.portal.edu.az xidməti vasitəsilə təqdim edirlər. Müraciətlərin elektronlaşdırılması nəticəsində təhsil müəssisəsinə getmədən müvafiq qəbul xətti üzrə, həmçinin sosial güzəştlə bağlı məlumatların təqdim olunması və təhsil haqqının banka getmədən ödənilməsi mümkündür.
1 il əvvəl
Digər xəbərlər
-
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
20.06.2026 - 19:48 -
“Danışır təcrübə” layihəsinin XI görüşünün qonağı Məleykə Abbaszadə olub
19.06.2026 - 14:21 -
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival keçirilir
18.06.2026 - 19:32 -
Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub
18.06.2026 - 09:00 -
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib
17.06.2026 - 11:06
