Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb

Mayın 23-də VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR – 24) öz işinə başlayıb.   Konfrans Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.    “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi”dir.    Açılış mərasimində qonaqlar əvvəlcə konfrans çərçivəsində UNEC tərəfindən nəşr edilən kitabların sərgisi ilə tanış olublar.    İştirakçıları salamlayan UNEC-in rektoru Ədalət Muradov məruzə ilə çıxış edib.   Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə elm və təhsilin inkişaf tendensiyaları məsələsinə toxunub. Nazir bildirib ki, son illərdə bir sıra ali təhsil müəssisələrimizin elmi-tədqiqat işlərində həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri müşahidə olunur.     Nazir əlavə edib ki, daha çox tədqiqat aparmaq istəyiriksə, onun maliyyələşdirilmə formuluna yenidən baxmalıyıq. Hazırda bununla bağlı sıx iş gedir.    Konfrans digər çıxışlarla davam etdirilib.    Mayın 26-dək keçiriləcək konfransda 38 ölkə, 83 universitet və tədqiqat qurumundan 374 şəxs iştirak edəcək, 42 sessiya üzrə 245 tədqiqat işi məruzə olunacaq.    Konfrans çərçivəsində həmçinin onlayn təlimlər təşkil olunacaq və sosial media platformaları vasitəsilə canlı yayımlanacaq. Təlimlərdə 15-i xarici ölkə təmsilçisi olmaqla ümumilikdə 21 mütəxəssis çıxış edəcək.    Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə ağacəkmə aksiyası keçiriləcək.

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

İyunun 1-də Şuşa şəhərində “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.   Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.    Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 209 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.    Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.   Layihə çərçivəsində qonaqlar 26 may – 2 iyun tarixlərində ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.   Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır. Ətraflı məlumat üçün aşağıdakı sosial media səhifələrini izləyə bilərsiniz: https://www.facebook.com/shushafestivali/ https://www.instagram.com/shushafestivali

Nazir müavini İdris İsayev Gədəbəydə olub

Mayın 22-də elm və təhsil nazirinin müavini İdris İsayev Gədəbəy rayonuna səfər edib.  Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   Sonra nazir müavini Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta məktəb, İslam Əliyev adına 3 nömrəli ümumi orta məktəb, eləcə də Gədəbəy peşə liseyinin inzibati binaları ilə tanış olub, müəssisələrin pedaqoji və şagird kollektivi ilə görüşüb.  Nazir müavini həmçinin Gədəbəy şəhəri 12 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasına baxış keçirib.  Daha sonra İdris İsayev ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.  Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib. İdris İsayev səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, çalışmanın yaş həddinin artırılması və digər məsələlərlə bağlı olub.   Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Qarabağ Universitetinin rektorunun təqdimatı olub

Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.   Təqdimat mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısının ali təhsil müəssisəsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar barədə məlumat verib. Nazir Şahin Bayramova bu məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.    Şahin Bayramov da öz növbəsində göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və yeni dövrün tələblərinə cavab verən universitet qurmaq üçün səylə çalışacağını bildirib.

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bibliometrik və elmmetrik tədqiqatlar üzrə dünyanın ən nüfuzlu şirkətlərindən biri hesab edilən “Clarivate Analytics”in rəhbərliyi ilə görüşüb.   Şirkətin akademiya və hökumətlərlə iş üzrə prezidenti Bar Veinsteinin rəhbərlik etdiyi heyətlə görüşdə tərəflər son illərdə Azərbaycanın elmmetrik göstəricilərini müzakirə ediblər.    Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2023-cü ildən bütün elm və ali təhsil müəssisələrinin “Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazasına girişi təmin olunub.

Nazir müavini Həsən Həsənli Sumqayıtda vətəndaşları qəbul edib

Mayın 22-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Sumqayıtda vətəndaşları qəbul edib.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   Sumqayıt şəhər sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox müəllimlərin yerdəyişməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar.  Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi formalaşıb

Mayın 22-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Namizədliyini irəli sürmüş 19 nəfərdən 11-i səs çoxluğu ilə şuraya üzv seçilib. Seçkilərdə yüksək fəallıq müşahidə olunub.   Şuranın yeni tərkibini təqdim edirik:    1. Orxan Kərimzadə – ADA Universitetinin baş müəllimi; 2. Pərvanə Məmmədova – “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinin təsisçisi; 3. Heydər Eminli – Azərbaycan Özəl Təhsil Müəssisələri İctimai Birliyinin İdarə Heyətinin sədri; 4. Günay Əkbərova – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi; 5. Elçin Əzimli – Təhsilə Dəstək Mərkəzi İctimai Birliyinin nümayəndəsi;  6. Hikmət Əlizadə – Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi, BDU-nun professoru, pedaqogika üzrə elmlər doktoru; 7. Rafael Hacıbəyli – Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri; 8. Sevinc Məhəməliyeva – Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi; 9. Rasif Dünyamalıyev – ''Bağçam'' Uşaq Bağçaları Şəbəkəsinin təsisçisi; 10. Kəmalə Aşumova – “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri; 11. Mirzə Cəfərzadə – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini.     Qeyd edək ki, yaxın günlərdə İctimai Şuranın yeni tərkibdə ilk iclası keçiriləcək. İclasda şuranın sədr, sədr müavini və katibi müəyyən ediləcək.   Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın əsas məqsədi elm və təhsil sahəsində ictimai nəzarəti həyata keçirmək, nazirliyin fəaliyyətində ictimai iştirakçılığı təşviq etməkdir.

“Məktəblilərin respublika çempionatı”nın final yarışlarına start verilib

“Məktəblilərin respublika çempionatı”nın taekvondo idman növü üzrə final yarışlarının açılış mərasimi olub.    Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Açılışda çempionat haqqında məlumat verildikdən sonra həm təhsil, həm də idman elementlərini özündə əks etdirən rəqs və mahnı nömrələri nümayiş olunub.    Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.   Taekvondo üzrə yarışlara ölkənin müxtəlif rayon və şəhərlərindən 20 çəki dərəcəsində 200-dən artıq məktəbli idmançı qatılıb.    Qeyd edək ki, yarışlara 23 may tarixində yekun vurulacaq.   “Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 24–26 may tarixlərində ağırlıqqaldırma, 4–7 iyun tarixlərində sərbəst və yunan-Roma güləşi, 8–10 iyun tarixlərində isə cüdo idman növləri üzrə yarışlarla davam etdiriləcək.    Çempionat Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə keçirilir.

Emin Əmrullayev Dünya Təhsil Forumunda görüşlər keçirib

Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu bu gün öz işini yekunlaşdıracaq.    Forumun ikinci günündə elm və təhsil naziri Emin Əmrullayev Kembric Universitetinin iqlim təhsili üzrə qlobal direktoru Kristina Ozden, Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Fil Bati, “Microsoft” şirkətinin Mərkəzi Avropa üzrə təhsil direktoru Lenka Axlerova, “Google For Education" şirkətinin dövlət və təhsil strategiyaları üzrə rəhbəri Kris Hart, Xarici Birlik və İnkişaf Ofisinin təhsil, gender və bərabərlik üzrə direktoru, Böyük Britaniyanın gender bərabərliyi üzrə xüsusi nümayəndəsi Alisia Herbertlə görüşüb.   Emin Əmrullayev həmçinin Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə görüşüb və onunla fikir mübadiləsi aparıb.   Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçirilib

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikitərəfli görüşlər keçirib.   Emin Əmrullayev Malayziyanın ali təhsil naziri Zambri Abdul Kadir və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.   Forum çərçivəsində elm və təhsil naziri həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Təhsil departamentinin məktəblər üzrə müşaviri Baronessa Diana Barranla görüş keçirib.    Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı