Azərbaycanı təmsil edən komanda 5-ci Avropa Universitet Oyunlarında iştirak edir
8 – 18 iyul tarixlərində Macarıstanın Debrecen şəhərində tələbələr arasında futzal üzrə 5-ci Avropa Universitet Oyunları keçirilir.
Sözügedən oyunlarda ölkəmizi ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Azərbaycan Tələbə Liqasının qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası təmsil edir.
Qeyd edək ki, yarışa hazırlıq məqsədilə 3 iyun – 5 iyul tarixlərində təlim-məşq toplanışı keçirilib. Hazırlıq çərçivəsində həmçinin elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanovla görüş təşkil olunub.
Ölkəmizi təmsil edən komanda iyulun 7-də Macarıstana yola düşüb.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
