BMU–İNHA ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirilib
Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Koreyanın ölkəmizdəki səfirliyi, həmçinin KOICA-nın əməkdaşları, hər iki universitetin rektorları, professor-müəllim heyəti, eləcə də məzunlar iştirak ediblər.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Nazir müavini bildirib ki, dövlət proqramları təhsilini xaricdə davam etdirmək istəyən şəxslər üçün geniş imkanlar yaradır. İdris İsayev məzunların qazandıqları bilik və bacarıqların gələcək əmək fəaliyyətlərində onlara böyük fayda verəcəyini qeyd edib.
BMU-nun rektoru Yaqub Piriyev çıxışında ikili diplom proqramından məzun olan tələbələri təbrik edib və bildirib ki, müxtəlif proqramlar çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan gənclərin böyük əksəriyyəti geri qayıdaraq ölkəmizin inkişafına töhfə verir. Yaqub Piriyev hazırda proqram çərçivəsində 385 tələbənin təhsil aldığını və artıq 61 nəfərin məzun olduğunu söyləyib.
İNHA Universitetinin rektoru Cho Myeong Voo isə BMU–İNHA ikili diplom proqramı məzunlarının 10%-nə bu universitetin magistratura səviyyəsinə qəbul olunduqları təqdirdə tam təqaüd ayrılacağını və istedadlı tələbələrin inkişafı üçün dəstək göstəriləcəyini bildirib.
Tədbirin sonunda isə məzun olmuş ixtisas birincilərinə fəxri diplomlar təqdim edilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tovuzda vətəndaşları qəbul edəcək
12.05.2026 - 12:11 -
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52
