Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəblilərin respublika çempionatı”nın cüdo idman növü üzrə final yarışları keçirilib

İyunun 10-da Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə təşkil olunan “Məktəblilərin respublika çempionatı”nın cüdo idman növü üzrə açılış mərasimi keçirilib.  Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman Nazirliyi, idman federasiyalarının rəsmi şəxsləri, həmçinin tanınmış idmançılar iştirak ediblər. Tədbirdə əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub.  Sonra tədbir final qarşılaşmaları ilə davam etdirilib. Sonda isə qaliblərə rəsmi qonaqlar tərəfindən diplom və medal təqdim olunub.  Cüdo üzrə yarışlarda ölkənin müxtəlif rayon və şəhərlərindən 16 çəki dərəcəsində 2012–2014-cü il təvəllüdlü məktəbli idmançılar iştirak ediblər.  Qeyd edək ki, “Məktəblilərin respublika çempionatı” dörd idman növü üzrə Taekvondo, Güləş, Cüdo və Ağırlıqqaldırma federasiyaları tərəfindən idarə olunub. Çempionata cüdo idman növü üzrə yarışlarla yekun vurulub.

Emin Əmrullayev Albaniya Respublikasının təhsil və idman naziri ilə görüşüb

İyunun 10-da elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Albaniya Respublikasının təhsil və idman naziri Ogerta Manastirliu ilə görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilkin nəticələri

2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak etmişdir. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur.   2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilmişdir. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilmişdir. İmtahanda 7 296 müəllim iştirak etmişdir.    İlkin nəticələrə əsasən, bu il ölkə üzrə 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamamışdır.    Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Eyni zamanda bildiririk ki, Təhsil İnstitutu tərəfindən ibtidai sinif müəllimliyi üzrə təkrar sertifikatlaşdırma imtahanında istifadə olunan suallar ictimaiyyətlə paylaşılacaq.   Bu gündən etibarən regional təhsil idarələrində təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlamışdır.

"Danışır təcrübə" layihəsinin növbəti qonağı Fariz Cəfərov olub

Elm və Təhsil Nazirliyi, tabe qurumlarının əməkdaşlarının davamlı inkişafının təmin edilməsi, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi davam edir.  Layihənin budəfəki qonağı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov olub.    Fariz Cəfərov rəqəmsal sahədə məlumatlılığın artırılması məqsədilə “Süni intellektin gələcəyi: insan həyatının və sənayenin transformasiyası” mövzusunda təqdimatla çıxış edib. Süni intellektin yaratdığı imkanlardan danışan Fariz Cəfərov Azərbaycanda bununla bağlı həyata keçirilən layihələr barədə məlumat verib. 4SİM-in icraçı direktoru süni intellektin bu gün dünyada kənd təsərrüfatı, infrastruktur, inşaat, istehsal və digər sahələrdə geniş tətbiq olunduğunu diqqətə çatdırıb.     Süni intellektlə işləyən verilənlər bazasının idarəetmə sistemləri ilə bağlı təcrübələrini də bölüşən Fariz Cəfərov sonda iştirakçıların suallarını cavablandırıb.    Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində müntəzəm şəkildə görüşlərin təşkili nəzərdə tutulur.

Təkrar sertifikatlaşdırma ilə bağlı apellyasiya müraciətlərinə başlanılıb

İyunun 8-də təşkil olunan təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna start verilib.    Müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.    Müraciətlər 13 iyun saat 11:00-a qədər qəbul olunacaq.   Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanları keçirilib

İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.   Test imtahanları 16 şəhər üzrə 29 imtahan mərkəzini əhatə edib. İmtahanda 95% davamiyyət qeydə alınıb.   Test imtahanının nəticələri günün sonunadək müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə nəticələrlə tanış ola biləcəklər.   Nəzərinizə çatdırırıq ki, müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.   Əlavə olaraq bildiririk ki, təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.   Təkrar imtahanda keçid balını toplamayan təhsilverənlərlə iş üzrə komissiyalar 10 iyun tarixindən fəaliyyətə başlayacaq. Yerli təhsili idarəetmə orqanlarında yaradılmış bu komissiyalar tərəfindən təhsilverənlərin alternativ iş imkanlarına baxılacaq.

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu davam edir

Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulu prosesi davam edir.     Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsili müəssisələrinə təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini təqdim edə bilərlər.   Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür. Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu -Sual/Cavab

May ayında 760 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, may ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.    Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 4, dövlət nümunəli olmayan diplom səbəbi ilə 2, təhsil forması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 264, Ukraynadan 243, Türkiyədən 118, Belarusdan 63,  Gürcüstandan 29,  Birləşmiş Krallıqdan 28, Çindən 9, Macarıstandan 9, Polşadan 6, Qazaxıstandan 6, ABŞ-dən 5, İtaliyadan 5, Niderlanddan 5, Çexiyadan 3,  Almaniyadan 2,  Fransadan 2,  Özbəkistandan 2,  Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriyadan 1, Banqladeşdən 1, Belçikadan 1, Estoniyadan 1, İrandan 1, İspaniyadan 1, İsveçdən 1, İsveçrədən 1, Kiprdən 1, Koreyadan 1, Litvadan 1, Norveçdən 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur.   Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.

“Məktəblərdə Heydər Əliyev ayı” layihəsi yekunlaşıb

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Məktəblərdə Heydər Əliyev ayı” layihəsinin yekun tədbiri keçirilib.   Tədbirdə məktəblilərin ifasında ümummilli liderə həsr olunan mahnılar, şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.   Bildirilib ki, layihənin məqsədi ümummilli lider Heydər Əliyevin zəngin həyatı, çoxşaxəli fəaliyyəti haqqında uşaq və gəncləri maarifləndirmək, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin gənc istedadları üzə çıxarmaqdan ibarət olub.    Qeyd edək ki, layihə çərçivəsində may ayı ərzində ümumi təhsil müəssisələrində debatlar, seminar və müsabiqələr keçirilib, elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq işi aparılıb, eləcə də bədii, sənədli filmlər nümayiş olunub.

Təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatlandırıcı sessiya keçirilib

İyunun 6-da STEAM İnnovasiya Mərkəzində təhsilverənlərin sertifikatlaşdırılmasına dair media nümayəndələri üçün məlumatlandırıcı sessiya keçirilib.    Məlumatlandırıcı sessiyada açılış nitqi ilə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov sertifikatlaşdırmanın əhəmiyyətindən söz açıb. Sertifikatlaşdırma nəticələrinin müəllimlərin əməkhaqqısına təsirindən danışan Eşqi Bağırov qeyd edib ki, 2022-ci ildən etibarən əməkhaqqı sertifikatlaşdırma nəticəsinə uyğun olaraq diferensial formada artırılır. Sertifikatlaşdırmadan uğurla keçən müəllimin orta aylıq əməkhaqqısı 1300 manata qədərdir.    Daha sonra sertifikatlaşdırma prosesi ilə bağlı geniş təqdimatla çıxış edən MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli sertifikatlaşdırmanın üstünlüklərinə toxunub. Nurlan İsmayılbəyli bildirib ki, ən yüksək nəticə göstərmiş müəllimlər tərəfindən mentor kimi məktəbdaxili metodiki xidmət həyata keçirilir. Müəllimlərin sertifikatlaşdırılma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində istifadə olunması nəzərdə tutulur. Müəllimlər sertifikatlaşdırma prosesində toplanılan bal əsasında da iş yerlərini dəyişmək imkanı əldə edirlər.   Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma imtahanlarında istifadə edilən sualların məzmunundan danışıb. Nəzakət Mehdiyeva bildirib ki, uğur qazana bilməyən müəllimlər adətən müsahibə mərhələsində kəsilirlər, çünki onların öyrətmə üsulu qaneedici olmur.    Sessiyanın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı