Emin Əmrullayev əmək fəaliyyətinə başlayan “Maarifçi”lərlə görüşüb
İyulun 22-də elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, eləcə də nazirliyin müxtəlif strukturlarında əmək fəaliyyətinə başlayan “Maarifçi” proqramının məzunları ilə görüşüb.
Emin Əmrullayev işə qəbul olunan proqram məzunlarını təbrik edib və onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Nazir təcrübə müddətində öyrəndikləri bilik və bacarıqların onların karyera hədəflərində mühüm rol oynayacağını bildirib.
Daha sonra elm və təhsil naziri peşəkar iş həyatının reallıqları, müasir əmək bazarının rəqabətqabiliyyətliliyi barədə danışıb, gənclərə gələcək fəaliyyətlərinin səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.
Sonda isə əmək fəaliyyətinə başlayan 9 “Maarifçi” ilə bağlı təqdimat nümayiş olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 24 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
