• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

4-cü "Yüksəliş" müsabiqəsinin final mərhələsinə start verilib

İyulun 19-da dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib. 
 

Açılış mərasimində Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, müsabiqə qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.
 

Tədbir gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin açılış nitqi ilə başlayıb. Fərhad Hacıyev bildirib ki, müsabiqədə iştirak edən namizədlərin əksəriyyəti yeni nəsil idarəçiləridir və bu, ölkəmizdə insan kapitalının inkişafı üçün mühüm göstəricidir. 
 

Digər çıxış edənlər öz növbələrində dördüncü dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti və potensiallı kadrlar üçün yaratdığı fürsətlərdən danışıblar. Onlar müsabiqənin gənclərin inkişafı və liderlik bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb, bu şəxslərin potensialından faydalanmaq baxımından dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər. 
 

Final mərhələsinin ilk günü elm və təhsil naziri Emin Əmrullayev "Ölkə təhsilində trendlər" mövzusunda çıxış edib və finalçıların suallarını cavablandırıb. 
 

118 nəfərin mübarizə apardığı final mərhələsi 3 gün davam edəcək və 21 iyulda başa çatacaq.


20.07.2024 - 10:00