Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.
Elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb.
Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını bildiriblər.
Sonra dövlət təltifləri təqdim olunub.
Qeyd edək ki, Audit şöbəsinin müdir müavini, Audit sektorunun müdiri Mürşüd Rəşidov, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi İradə Mirzəhmədova, Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsini icra edən, Məlumat-təhlil sektorunun aparıcı məsləhətçisi Xəqani Qurbanov, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin Təhsilin məzmunu sektorunun baş məsləhətçisi Günel Seyidova "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
