“Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib
Sentyabrın 23-də Təhsil İnstitutu (ARTİ) və Bakı Slavyan Universitetinin (BSU) birgə əməkdaşlığı çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun tədris işləri üzrə prorektoru Ənvər Abbasov bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar keçirilən əhəmiyyətli tədbirlər, o cümlədən, COP29 haqqında məruzə ilə çıxış edib. Çıxışda iqlim dəyişikliyi zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi davamlılığının təminatına yönəldiyi vurğulanıb.
Daha sonra ARTİ-nin şöbə müdiri Aynur Paşayeva çıxışında Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətindən danışıb.
Çıxış edən məruzəçi dosent Afaq Hacıyeva iqlim dəyişikliyinin Azərbaycana təsirləri, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklər və COP29-un respublikamız üçün əhəmiyyəti barədə geniş məlumat verib, iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsindən bəhs edib.
Daha sonra “Yaşıl dünya dərnəyi”nin rəhbəri, gənc iqlim elçisi Könül Bayramova iqlim dəyişikliyi ilə mübarizənin vacibliyi və ekoloji problemin həlli yolları haqqında tələbələrə ətraflı məlumat verib.
Seminar tələbələrlə müzakirə formatında davam etdirilib.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
