Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az üzərindən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99 faiz davamiyyət qeydə alınıb.
Təkrar sertifikatlaşdırmadan keçmiş 24 təhsilverənin vəzifə maaşına 35 faiz, 3369 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.
Qeyd edək ki, müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.3
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
