Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 6-da mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarına 50 279 şagird cəlb olunub, onlardan 47 780 nəfəri imtahanda iştirak edib.

İyunun 6-da mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarına 50 279 şagird cəlb olunub, onlardan 47 780 nəfəri imtahanda iştirak edib. İmtahan vermiş şagirdlərin 37 601 nəfəri bütün fənlərdən müvəffəq olub, 5124 nəfəri 1 fəndən, 1791 nəfəri 2 fəndən, 2400 nəfəri isə 3 və daha çox fəndən “2” qiymət alıb.  16.06.2008-ci il tarixində şagirdlərin yekun attestat qiyməti Təhsil Nazirliyinin internet səhifəsində (www.edu.gov.az) yerləşdiriləcək.

İyunun 12-də Təhsil Nazirliyində müşavirə keçirilib.

İyunun 12-də Təhsil Nazirliyində müşavirə keçirilib.    Təhsil naziri Misir Mərdanov müşavirəni açaraq bildirib ki, cari ilin 6-8 oktyabr tarixlərində Bakıda islam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçiriləcək. Nazir konfransa ciddi hazırlıq işlərinin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu məqsədlə Təşkilat Komitəsinin yaradılacağını bildirib. Misir Mərdanov İSESKO nümayəndələrinin konfransın keçiriləcəyi vaxtadək ölkəmizə səfər edəcəklərini, eləcə də həmin təşkilatın rəhbərinin tədbirdən bir neçə gün öncə ölkəmizə gələcəyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, İSESKO tərəfindən artıq konfransın proqramı hazırlanıb, bəzi ölkələrə dəvət məktubları da göndərilib. Sonra Misir Mərdanov qonaqların təmsil olunduqları ölkələrin dilində Azərbaycan haqqında məlumat hazırlanması, proqramın mədəni tədbirlər hissəsinin müəyyənləşdirilməsi barədə nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verib, digər mühüm məsələlərə də toxunub. Müşavirədə iştirak edən İSESKO təşkilatının məsul nümayəndəsi cənab Əhməd Səid Ould Bax konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilatı tədbirlərin həyata keçirilməsinin məqsədəuyğunluğunu bildirib. Konfransda 250-yə yaxın nümayəndənin iştirak edəcəyini bildirən Əhməd Səid Ould Bax öz çıxışında qonaqların dəvət olunması, tərcümə işinin təşkili, bəzi ölkələrin iştirakına Azərbaycan tərəfindən dəstək göstərilməsi, viza probleminin həll edilməsi və s. məsələləri qeyd edib. Sonda konfransın uğurla keçəcəyi əminliklə vurğulanıb.

Bu günlərdə “İrşad” otelində “Hüquq müdafiəçisi” adlı tədbir keçirilib. ABŞ-ın “Uşaqların xilası” beynəlxalq humanitar təşkilatının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Uşaqların tolerantlıq təhsili proqramı” çərçivəsində təşkil edilən bu tədbirdə Təhsil Nazirliyinin əməkdaşı, “Uşaqların xilası” təşkilatının rəhbərliyi, müvafiq proqrama maliyyə dəstəyi göstərən İsveçrə səfirliyinin nümayəndəsi, eləcə də Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərinin, Quba, Şəki və Lənkəran rayonları məktəblərinin I-IV siniflər üzrə ibtidai sinif müəllim və şagirdləri iştirak edib.

Bu günlərdə “İrşad” otelində “Hüquq müdafiəçisi” adlı tədbir keçirilib. ABŞ-ın “Uşaqların xilası” beynəlxalq humanitar təşkilatının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Uşaqların tolerantlıq təhsili proqramı” çərçivəsində təşkil edilən bu tədbirdə Təhsil Nazirliyinin əməkdaşı, “Uşaqların xilası” təşkilatının rəhbərliyi, müvafiq proqrama maliyyə dəstəyi göstərən İsveçrə səfirliyinin nümayəndəsi, eləcə də Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərinin, Quba, Şəki və Lənkəran rayonları məktəblərinin I-IV siniflər üzrə ibtidai sinif müəllim və şagirdləri iştirak edib. Tədbirdə məktəblilər uşaq hüquqlarını əks etdirən kiçik tamaşalar, süjetli oyunlar nümayiş etdiriblər.    Sonda uşaq hüquqlarının müdafiəsi ilə bağlı maraqlı müzakirələr aparılıb.

İyunun 11-də təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz Bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İyunun 11-də təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz Bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Misir Mərdanov qonağı səmimi salamlayaraq ona böyük hörmət və ehtiramını çatdırıb, eyni zamanda Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forumun təşkilində göstərdiyi dəstəkdən söz açıb. Nazir həmçinin Azərbaycanın qonağın rəhbərlik etdiyi qurumda aparıcı üzvlərdən birinə çevrildiyini qeyd edib. Sonra nazir cari ilin oktyabrında islam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin Bakıda keçiriləcək IV  konfransına dair görüləcək işlərdən danışıb, hazırlıq işlərinin təşkilinə böyük önəm verdiyini açıqlayıb. Misir Mərdanov öz çıxışında tədbirə dəvət olunacaq şəxslər, qonaqların yerləşdirilməsi və bu kimi məsələlərə də toxunub. Cənab Əbdüləziz Bin Osman Əl-Tüveycri öncə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusundakı beynəlxalq forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin əhəmiyyətindən, habelə cari ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan konfransa hazırlıq istiqamətində görülən işlərdən söz açıb. Görüşdə konfransa dair proqram layihəsinin hazırlanması, eləcə də birgə görüləcək digər mühüm məsələlərlə bağlı fikir mübadiləsi edilib.

Bu gün saat 18.00 - da orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri Təhsil Nazirliyinin saytında (www. edu.gov.az) yerləşdiriləcək.

Bu gün saat 18.00 - da orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri Təhsil Nazirliyinin saytında (www. edu.gov.az) yerləşdiriləcək. Təhsil Nazirliyi tərəfindən attestat almaq hüququ olan məzunlar barədə məlumatın isə iyunun 16-da nazirliyin internet səhifəsində verilməsi nəzərdə tutulur.

İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab Çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb.

İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab Çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb. Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra İndiana Universiteti ilə mövcud olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, bu təhsil ocağının ölkəmizin bir neçə universiteti ilə sıx əlaqələri vardır. Nazir ABŞ-a səfər zamanı İndiana Universiteti ilə yaxından tanış olduğunu qeyd edib və dünyanın bu kimi nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil almasının əhəmiyyətini vurğulayıb. Cənab Çarlz Rifsnider səmimi qəbul üçün nazirə təşəkkür edib. İndiana Universiteti barədə nazirə məlumat verən qonaq əlavə edib ki, təmsil olunduğu təhsil müəssisəsi beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində fəal iş aparır. Qonaq İndiana Universitetində azərbaycanlı gənclərin təhsil almasında maraqlı olduğunu açıqlayıb. Görüşdə tərəflər birgə elmi-tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, İndiana Universiteti tələbələrinin ölkəmizdə Azərbaycan dili üzrə kurslarda iştirakı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin gələn ildən həmin universitetdə daha önəmli ixtisaslar üzrə təhsili, eləcə də digər mühüm məsələlər ətrafında fikir mübadiləsi ediblər. Təhsil naziri Misir Mərdanov bu görüşün mövcud əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları nazirlikdə görməkdən məmnunluq duyduğunu ifadə edib. ABŞ-ın Ali Təhsilin Akkreditasiyası Şurası Prezidentinin bu görüşdə iştirak etdiyini vurğulayan nazir son illər ölkəmizdə akkreditə üzrə aparılan işlər haqqında danışıb, müvafiq qayda və əsasnamələrin hazırlandığını diqqətə çatdırıb. Eyni zamanda nazir bu sahədə ABŞ təcrübəsindən yararlanmağın da əhəmiyyətini qeyd edib. Azərbaycanla ABŞ arasındakı mövcud əlaqələrdən söz açan Misir Mərdanov xeyli sayda azərbaycanlı gəncin qeyd olunan ölkədə müxtəlif proqramlar üzrə təhsil aldığını vurğulayıb. Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir bildirib ki, 2015-ci ilədək 5000-ə yaxın azərbaycanlı gəncin xaricdə təhsil alması nəzərdə tutulur. ABŞ Dövlət Departamentinin Təhsil bürosu və mədəni məsələlər üzrə xüsusi nümayəndəsi cənab David Plak öncə bu ilin əvvəllərində Azərbaycana rəsmi səfər edən ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri cənab Tomas Farrellin salamını nazirə çatdırıb. Təmsil olunduğu təşkilatın bir sıra proqramlar həyata keçirdiyindən, Fulbrayt proqramı çərçivəsində əlaqələrdən danışan qonaq bu görüşü gələcək dialoqun başlanğıcı adlandırıb. Ali Təhsilin Akkreditasiyası Şurasının Prezidenti xanım Judis İton qəbul üçün nazirə təşəkkür etdikdən sonra rəhbəri olduğu qurumun məqsəd və məramı, akkreditasiya sahəsində gördüyü işlər haqqında məlumat verib. Qonaq əlavə edib ki, 3 000-dən artıq dərəcə verən kollec və universiteti özündə birləşdirən bu təşkilat milli qurum səviyyəsində müvafiq istiqamətdə iş aparır, ona, habelə 60 təşkilat daxildir. Nazir öz növbəsində ölkəmizdə akkreditə işinin aparılmasına yardım edilməsi təklifi ilə çıxış edib və mövcud sahə üzrə normativ sənədlərin təkmilləşdirilməsi istiqamətində rəy bildirilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Beynəlxalq Təhsil Universiteti Qəbul xidmətinin direktoru xanım Linda Tobaş da mübadilə proqramlarının əhəmiyyətini qeyd edərək, bu işin daha da inkişaf etdirilməsindən danışıb. L.Tobaş təmsil olunduğu qurumun gördüyü işlər və ABŞ-da fəaliyyət göstərən universitetlər barədə məlumat verib. Görüşdə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın təsdiq edilməsi, gənclərin müxtəlif proqramlarda iştirakı, eləcə də bununla bağlı digər məsələlər müzakirə olunub. ABŞ-ın ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri cənab Conatan Henk görüşdə iştirak edib.

İyunun 6-da ölkəmizin 19 şəhər və rayonunda mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək.

İmtahanlar bu bölgələrin ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərini, peşə liseylərini, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyaları, ali təhsil müəssisələrinin nəzdindəki orta məktəbləri əhatə edəcək.     İyunun 6-da ölkəmizin 19 şəhər və rayonunda mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək. İmtahanlar bu bölgələrin ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərini, peşə liseylərini, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyaları, ali təhsil müəssisələrinin nəzdindəki orta məktəbləri əhatə edəcək. 133 mərkəzdə keçiriləcək imtahanlarda 52 minə yaxın şagird iştirak edəcək. Ötən tədris ilində müəyyən fənlərdən “qeyri-kafi” qiymət alaraq attestat almayan 1500-ə yaxın şagird onlar üçün yaradılmış 4 mərkəzdə ayrıca imtahan verəcək.   Təlimata uyğun olaraq səkkiz fənnin hər hansı birindən qeyri-müvəffəq qiymət alan şagirdə attestat verilməyəcək.

İyunun 4-də Təhsil Nazirliyində “2007-ci ildə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti” mövzusunda kollegiya iclası keçirilib.

İyunun 4-də Təhsil Nazirliyində “2007-ci ildə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti” mövzusunda kollegiya iclası keçirilib. Təhsil naziri Misir Mərdanov bu sahənin əhəmiyyətini qeyd edərək ərizə və şikayətlərə vaxtında baxılmasının, aparılan işlərin daha da təkmilləşdirilməsinin və mövcud çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Sonra nazir müavini Elmar Qasımov bu barədə geniş məlumat verərək bildirib ki, 2007-ci ildə Təhsil Nazirliyinə 16 437 ərizə və şikayət, 20 742 məktub olmaqla, ümumilikdə 37 184 sənəd daxil olub. Onlardan 356 ərizə və 259 məktub nəzarətə götürülüb. Eyni zamanda nazirliyin bütün şöbələrinə daxil olan ərizə, şikayət və digər məzmunlu müraciətlərə baxılıb, onların mövcud qaydalara uyğun icrası təmin olunub və ətraflı cavab verilib. Nazir müavini  ərizə xarakterli müraciətlərdə, əsasən, xaricdə təhsil alan tələbələrin problemləri, işlə təminat, azad təyinat, ali məktəblərə bərpa, təhsil xərclərinin ödənilməsinə kömək, yaşı 6-ya çatmayanların məktəbə qəbulu və s. məsələlərin üstünlük təşkil etdiyini açıqlayıb. E. Qasımov həmçinin Təhsil Nazirliyinin ayrı-ayrı struktur bölmələrində kargüzarlıq işlərinin daha da yaxşılaşdırılması məqsədilə İKT-nin tətbiqi və bu işlərin lazımi səviyyədə aparılmasının zəruriliyini bildirib. Kollegiyada “Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti” üzrə digər bir məsələ müzakirə olunub. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov bu fənnin tarixi mərhələləri, onun tədrisinin təkmilləşdirilməsi sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar haqqında danışıb. A. İbrahimov Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində işləyən gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlərin tərkibi, fənn kabinetlərinin vəziyyəti barədə məlumat verib, eləcə də müvafiq dərsliklərin təkmilləşdirilməsinə dair təklifləri qeyd edib. Sonda müzakirə olunan məsələlərlə bağlı kollegiyanın qərarı qəbul olunub.

İyunun 4-də Təhsil Nazirliyində “Mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq” mövzusunda kollegiya iclası keçirilib.

İyunun 4-də Təhsil Nazirliyində “Mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq” mövzusunda kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu günkü tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb, imtahanların keçirilməsi ilə əlaqədar məsələləri diqqətə çatdırıb. Nazir mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları barədə fikirlərini açıqlayaraq, bir sıra neqativ hallara yol verildiyini bildirib, bəzi imtahan rəhbərlərinin işə məsuliyyətsiz yanaşması səbəbindən yaranan neqativ hallara da toxunub. Sonra qeyd olunan mövzu üzrə nazirliyin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyeva iştirakçılara ətraflı məlumat verib. T. Hacıyeva bildirib ki, üçüncü mərkəzləşdirilmiş yoxlama imtahanı ölkəmizin 29 rayonunu, Təhsil Nazirliyinin tabeliyində və ali məktəblərin nəzdində olan orta məktəbləri, peşə liseylərini əhatə edib. İmtahana 51557 şagird cəlb edilsə də, 49780 şagird iştirak edib. T.Hacıyeva fənlər və məktəblər üzrə müvəffəqiyyət göstəricilərini diqqətə çatdırıb, yoxlama imtahanında nümunəvi fəaliyyəti ilə fərqlənmiş, eləcə də işə məsuliyyətsiz yanaşan nəzarətçilər, məktəb direktorlarının səhlənkarlığı üzündən qeyd olunmuş faktlar barədə məlumat verib. Eyni zamanda iyunun 6-da keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlərdən danışıb. İclasda həmçinin “2006-2007-ci dərs ilində kənd rayonları və şəhərlər üzrə ümumtəhsil məktəblərinin XI siniflərini əla qiymətlər, fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti” mövzusu üzrə nazirliyin müvafiq şöbə müdirlərinin hesabatları dinlənilib. Sonda Misir Mərdanov yoxlama imtahanında iştirak edən nəzarətçilərin işinə qiymət verilməsinin vacibliyini bildirib və qeydə alınan neqativ halların təkrarlanmaması məqsədilə nəzərdə tutulan yeniliklərdən söz açıb, habelə imtahanlarda şagirdlərin mobil telefondan istifadəsinin qadağan edilməsinə dair tapşırıq verib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı