Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab Çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb.
İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab Çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra İndiana Universiteti ilə mövcud olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, bu təhsil ocağının ölkəmizin bir neçə universiteti ilə sıx əlaqələri vardır.
Nazir ABŞ-a səfər zamanı İndiana Universiteti ilə yaxından tanış olduğunu qeyd edib və dünyanın bu kimi nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil almasının əhəmiyyətini vurğulayıb.
Cənab Çarlz Rifsnider səmimi qəbul üçün nazirə təşəkkür edib. İndiana Universiteti barədə nazirə məlumat verən qonaq əlavə edib ki, təmsil olunduğu təhsil müəssisəsi beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində fəal iş aparır. Qonaq İndiana Universitetində azərbaycanlı gənclərin təhsil almasında maraqlı olduğunu açıqlayıb.
Görüşdə tərəflər birgə elmi-tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, İndiana Universiteti tələbələrinin ölkəmizdə Azərbaycan dili üzrə kurslarda iştirakı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin gələn ildən həmin universitetdə daha önəmli ixtisaslar üzrə təhsili, eləcə də digər mühüm məsələlər ətrafında fikir mübadiləsi ediblər.
Təhsil naziri Misir Mərdanov bu görüşün mövcud əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.
10 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
