Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 4-də Təhsil Nazirliyində “Mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq” mövzusunda kollegiya iclası keçirilib.

İyunun 4-də Təhsil Nazirliyində “Mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq” mövzusunda kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu günkü tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb, imtahanların keçirilməsi ilə əlaqədar məsələləri diqqətə çatdırıb. Nazir mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları barədə fikirlərini açıqlayaraq, bir sıra neqativ hallara yol verildiyini bildirib, bəzi imtahan rəhbərlərinin işə məsuliyyətsiz yanaşması səbəbindən yaranan neqativ hallara da toxunub.
Sonra qeyd olunan mövzu üzrə nazirliyin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyeva iştirakçılara ətraflı məlumat verib. T. Hacıyeva bildirib ki, üçüncü mərkəzləşdirilmiş yoxlama imtahanı ölkəmizin 29 rayonunu, Təhsil Nazirliyinin tabeliyində və ali məktəblərin nəzdində olan orta məktəbləri, peşə liseylərini əhatə edib. İmtahana 51557 şagird cəlb edilsə də, 49780 şagird iştirak edib.
T.Hacıyeva fənlər və məktəblər üzrə müvəffəqiyyət göstəricilərini diqqətə çatdırıb, yoxlama imtahanında nümunəvi fəaliyyəti ilə fərqlənmiş, eləcə də işə məsuliyyətsiz yanaşan nəzarətçilər, məktəb direktorlarının səhlənkarlığı üzündən qeyd olunmuş faktlar barədə məlumat verib. Eyni zamanda iyunun 6-da keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlərdən danışıb.
İclasda həmçinin “2006-2007-ci dərs ilində kənd rayonları və şəhərlər üzrə ümumtəhsil məktəblərinin XI siniflərini əla qiymətlər, fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti” mövzusu üzrə nazirliyin müvafiq şöbə müdirlərinin hesabatları dinlənilib.
Sonda Misir Mərdanov yoxlama imtahanında iştirak edən nəzarətçilərin işinə qiymət verilməsinin vacibliyini bildirib və qeydə alınan neqativ halların təkrarlanmaması məqsədilə nəzərdə tutulan yeniliklərdən söz açıb, habelə imtahanlarda şagirdlərin mobil telefondan istifadəsinin qadağan edilməsinə dair tapşırıq verib.


10 il əvvəl