Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 25-dən 31-dək Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının “Peşə təhsili, təlimi (PTT) islahatı strategiyası və Azərbaycanın seçilmiş regionlarında sınaq tətbiqi” layihəsinin tenderi üzrə təkliflərinin qiymətləndirilməsi məqsədilə Qiymətləndirmə Komitəsinin iclası keçirilib. İclasda Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ekspert qismində iştirak edib.

Mayın 25-dən 31-dək Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının “Peşə təhsili, təlimi (PTT) islahatı strategiyası və Azərbaycanın seçilmiş regionlarında sınaq tətbiqi” layihəsinin tenderi üzrə təkliflərinin qiymətləndirilməsi məqsədilə Qiymətləndirmə Komitəsinin iclası keçirilib. İclasda Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ekspert qismində iştirak edib. Qiymətləndirmə Komitəsi iclasının keçirilməsində əsas məqsəd İsmayıllı rayonunda tikilən Turizm və Otelçilik üzrə Peşə Məktəbinə texniki yardım edən şirkətin müəyyənləşdirilməsi olub. Qeyd olunan komitənin qərarına əsasən qısa siyahıya düşən 8 konsorsiumdan biri qalib seçilib. Bu təşkilat İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin yaradılmasında, turizm və otelçilik ixtisasları üzrə kurrikulum, dərsliklər və dərs vəsaitlərinin hazırlanması, peşə təhsilinin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində və s. iştirak edəcək. Məlumat üçün bildiririk ki, yaxın 1 ay ərzində Təhsil Nazirliyi ilə həmin təşkilat arasında rəsmi müqavilə imzalanması nəzərdə tutulub.

İyunun 1-də Ağcabədi rayonu 2, 5 və 11 saylı məktəblərin şagirdləri arasında Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Biz hüquqlarımızı öyrənirik” mövzusunda bilik yarışması olub.

İyunun 1-də Ağcabədi rayonu 2, 5 və 11 saylı məktəblərin şagirdləri arasında Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Biz hüquqlarımızı öyrənirik” mövzusunda bilik yarışması olub. Tədbir Beynəlxalq Xilasetmə Komitəsinin (BXK) Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərində reallaşdırdığı İnsan Hüquqlarının tədrisi layihəsi çərçivəsində keçirilib. Onu da qeyd edək ki, İsveç Beynəlxalq İnkişaf Agentliyi (SIDA) tərəfindən maliyyələşdirilən layihəyə əsasən Ağcabədi rayonunda müəllim, şagird və tələbələr üçün insan hüquqları, eləcə də fəal təlim metodologiyaları üzrə mütəmadi olaraq maarifləndirmə aparılır. Bilik yarışmasında müxtəlif mövzular üzrə plakat yarışı və uşaq hüquqları üzrə sual-cavab sessiyaları keçirilib. I yerin qalibləri olan Ağcabədi şəhər 5 saylı orta məktəbin şagirdlərinə diplom təqdim olunub, digər məktəblər isə iştirakçı diplomları ilə təltif edilib. Eyni zamanda tədbir iştirakçısı olan məktəblərə hədiyyələr verilib.

Mayın 29-da Təhsil Nazirliyində Türkiyə Respublikası Yüksək Öyrətim Kurulunun ( YÖK) nümayəndə heyəti ilə görüş keçirilib.

Mayın 29-da Təhsil Nazirliyində Türkiyə Respublikası Yüksək Öyrətim Kurulunun ( YÖK) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrindən danışan Misir Mərdanov son illər bu istiqamətdə yüksək addımlar atıldığını diqqətə çatdırıb. Nazir həmçinin diplomların tanınması, zəruri ixtisaslara tələbatın ödənilməsi, ali təhsildə proqramların uyğunlaşdırılmasından da söz açıb, xüsusilə, tibb, müəllim hazırlığı üzrə proqramların yaxınlığını irəli sürüb. Sonra Misir Mərdanov türkiyəli müəllimlərin Azərbaycan universitetlərində çalışması imkanlarının araşdırılması məsələsinə də toxunub.    Səmimi qəbul üçün nazirə təşəkkürünü bildirən YÖK-ün səlahiyyətli nümayəndəsi, professor Ənvər Həsənoğlu ölkələrarası təhsil əlaqələrinin inkişafını xüsusi qeyd edib, bu istiqamətdə sistemli iş aparılmasının məqsədəuyğunluğunu vurğulayıb. Qonaq, eyni zamanda ölkəmizin bir neçə ali məktəblərində keçirdikləri görüşlərdən, tədris prosesi ilə tanışlıqdan söz açıb və mövcud vəziyyətdən razılığını bildirib. Görüşdə iştirak edən digər qonaqlar Azərbaycan - Türkiyə təhsil əlaqələrinin daha da yaxınlaşması istiqamətində təkliflər irəli sürüblər. Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil üzrə nümayəndəsi Səlahəddin Dikmən görüşdə iştirak edib.

2007-2008-Cİ TƏDRİS İLİ ÜZRƏ ÖLKƏMİZİN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİ BİTİRƏN MƏZUNLARIN GÖZLƏNİLƏN SAYI HAQQINDA MƏLUMAT

1. Dövlət və qeyri dövlət gündüz ümumtəhsil məktəbləri üzrə : IX sinfi bitirənlərin sayı- 156 101 nəfər XI sinfi bitirənlərin sayı - 121 244 nəfər   Bundan: a) Dövlət gündüz ümumtəhsil məktəbləri üzrə IX sinfi bitirənlərin sayı- 155 252 nəfər XI sinfi bitirənlərin sayı - 120 656 nəfər   b) Qeyri-dövlət gündüz ümumtəhsil məktəbləri üzrə : IX sinfi bitirənlərin sayı - 849 nəfər XI sinfi bitirənlərin sayı - 588 nəfər    2. Axşam (qiyabi ) ümumtəhsil məktəblərində və gündüz ümumtəhsil məktəblərinin bazasında axşam sinifləri və qiyabi qruplar üzrə : XII sinfi bitirənlərin sayı - 651 nəfər   2008-2009-cu dərs ili üzrə Təhsil Nazirliyi sistemində olan gündüz ümumtəhsil məktəblərinin I sinfinə 122 546 nəfər şagird qəbulu gözlənilir.

Mayın 27-də “Ankara məktəbi” məktəb-liseyində xüsusi istedada malik uşaqlardan ən istedadlılarının biologiya və riyaziyyat fənləri üzrə yekun seçim turu keçirilib.

Mayın 27-də “Ankara məktəbi” məktəb-liseyində xüsusi istedada malik uşaqlardan ən istedadlılarının biologiya və riyaziyyat fənləri üzrə yekun seçim turu keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək öncə istedadlı uşaqları son mərhələyə seçilmələri münasibətilə təbrik edib. Nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”barədə məlumat verib və bildirib ki, əsas məqsəd ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir. Nazir, həmçinin proqramın icrası istiqamətində hazırda həyata keçirilən tədbirlərdən danışıb. Sonra Misir Mərdanov qeyd edib ki, müvafiq işlər respublika fənn olimpiadaları üzrə münsiflər heyətləri tərəfindən qiymətləndiriləcək və yekun turda VIII-X sinif şagirdlərinin göstərdiyi nəticələr haqqında məlumat yerlərə göndəriləcək. Nazir istedadlı uşaq və gənclərlə iş sahəsində fəaliyyətləri tənzimləyən normativ hüquqi bazanın yaradılması, həmin kateqoriyadan olan uşaqların təhsilinə, onların inkişaf edib formalaşmasına dövlət qayğısının daha da gücləndiriləcəyindən də söz açıb. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və akademik Urxan Ələkbərov istedadlı uşaqları təbrik edərək onlara bilik yarışında uğurlar arzulayıb. Məlumat üçün onu da qeyd edək ki, biologiya fənni üzrə yekun turda respublikanın ümumtəhsil məktəblərindən 221, riyaziyyat fənni üzrə isə 330 nəfər iştirak edib.

Mayın 27-də təhsil naziri Misir Mərdanov Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü cənab Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mayın 27-də təhsil naziri Misir Mərdanov Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü cənab Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan nazir son illər bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb. Misir Mərdanov qonaqlara Çexiya Respublikasına etdiyi səfər zamanı bu ölkənin təhsil sistemi ilə tanış olduğunu qeyd edib. Azərbaycan-Çexiya əlaqələrindən söz açan nazir təhsil sahəsi üzrə əməkdaşlığın yaradılmasına önəm verdiyini açıqlayıb. Nazir hər iki ölkənin universitet, kollec və orta məktəbləri ilə əlaqələr qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda Misir Mərdanov Bakı Slavyan Universitetində çexiyaşünaslıq ixtisası üzrə mütəxəssislər hazırlandığı barədə qonağa məlumat verib. Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin dünyanın bir sıra nüfuzlu ali məktəblərində təhsil aldığını vurğulayan nazir bu istiqamətdə işin hazırda davam etdirildiyini bildirib. Cənab Peter Pleva səmimi qəbul üçün nazirə təşəkkür edib, cəmiyyətin tərəqqisində təhsilin mühüm rol oynadığını vurğulayıb, eyni zamanda öz ölkəsində bununla bağlı görülən işlər haqqında məlumat verib. Qonaq Azərbaycan-Çexiya təhsil əlaqələrinin yaradılmasında maraqlı olduğunu açıqlayıb. Görüşdə qonağa ölkəmizin ümumtəhsil, peşə və ali təhsil sistemi, ali məktəblərə qəbul qaydaları, eləcə də digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Mayın 22-də Təhsil Nazirliyində məktəblilər arasında keçirilmiş respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mayın 22-də Təhsil Nazirliyində məktəblilər arasında keçirilmiş respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub. Mərasimi təhsil naziri Misir Mərdanov açaraq keçirilmiş fənn olimpiadaları haqqında ətraflı məlumat verib. Nazir bildirib ki, 3 mərhələdə keçirilən bilik yarışında 399 064 IX-Xİ sinif şagirdindən 46 422 nəfəri I, 17 128 nəfəri II, 1112 nəfəri isə son mərhələdə iştirak edib, onlardan 371-i isə I-II-III və IV yerlərə layiq görülüb. Ölkəmizdə istedadlı yeniyetmə və gənclərə xüsusi diqqət yetirildiyini qeyd edən təhsil naziri bununla bağlı dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın müstəsna əhəmiyyətindən söz açıb. Nazir eyni zamanda bu istiqamətdə görüləsi vacib işlərdən danışıb. Tədbirdə o da məlum olub ki, olimpiadanın yekun turunda Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Şəmkir, Tovuz, İsmayıllı, Balakən, Zaqatala, Qax, Salyan, Ucar və Füzuli rayonlarının məktəbliləri fəal iştirak ediblər.    Təhsil naziri Misir Mərdanov çıxışının sonunda fənn olimpiadalarının keçirilməsində əməyi olanlara təşəkkür edib. Sonda respublika fənn olimpiadası qaliblərinin adları açıqlanıb, onlara medal, diplom və hədiyyələr təqdim olunub.

Mayın 21-də Bakı şəhərindəki “Ankara məktəbi” məktəb-liseyin yeni tədris korpusunun açılış mərasimi keçirilib.

Mayın 21-də Bakı şəhərindəki “Ankara məktəbi” məktəb-liseyin yeni tədris korpusunun açılış mərasimi keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər ifa edib. Təhsil naziri Misir Mərdanov yeni tədris korpusunun açılışının əlamətdar bir hadisə olduğunu deyərək məktəbin pedaqoji və şagird kollektivini bu münasibətlə təbrik edib. Nazir qeyd edib ki, 2006- ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “Ankara məktəbi” məktəb- liseyi ən müasir avadanlıqlarla tam təchiz olunub, bu gün isə məktəbin həyətində 4 mərtəbəli 240 şagird yerlik və geniş idman zalı olan yeni tədris korpusu şagird və müəllimlərin ixtiyarına verilir. Nazir məktəbin Azərbaycanla-Türkiyə arasında körpü olacağına ümidvar olduğunu deyərək kollektivə ən xoş arzularını çatdırıb. “Ankara məktəbi” məktəb-liseyin Türkiyənin Ankara şəhərindəki “Heydər Əliyev adına ilk öyrətim okulu” ilə qardaşlaşmış təhsil müəssisəsi olduğunu qeyd edən nazir hər iki məktəbin gələcəkdə uğurlu layihələr həyata keçirəcəklərinə əmin olduğunu bildirib. Misir Mərdanov dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayıb, burada yaradılan yüksək səviyyəli şəraitin həmin qayğının təzahürü olduğunu diqqətə çatdırıb.   Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən də çıxış edərək pedaqoji kollektivi və şagirdləri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. Təhsil ocağının direktoru Səmayə Eynullayeva rəhbərlik etdiyi məktəb haqqında ətraflı məlumat verərək bildirib ki, burada 1400 şagirdin təlim- tərbiyəsi ilə 140 müəllim məşğul olur. Sonda qonaqlar yeni tədris korpusu ilə yaxından tanış olub.

Mayın 20-də Təhsil Nazirliyində Cənubi Koreyanın “DAEWOO” Şirkəti tərəfindən “Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi” üzrə hazırlanmış layihənin təqdimatına həsr olunan mərasim keçirilib.

Mayın 20-də Təhsil Nazirliyində Cənubi Koreyanın “DAEWOO” Şirkəti tərəfindən “Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi” üzrə hazırlanmış layihənin təqdimatına həsr olunan mərasim keçirilib. Öncə iştirakçılar Koreyanın “İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu” nun fəaliyyət istiqamətləri və qeyd olunan layihəyə dair təqdimatla tanış olub. Sonra təhsil naziri Misir Mərdanov ölkəmizdəki peşə təhsili müəssisələri, onların mövcud vəziyyəti barədə məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən bu sahə üzrə Dövlət Proqramının təsdiq olunduğunu qeyd edən nazir hazırda müvafiq istiqamətdə ciddi iş aparıldığını bildirib. Nazir peşə təhsili sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin xeyli artdığını da vurğulayıb. Misir Mərdanov mövcud sahənin inkişafı ilə əlaqədar beynəlxalq təşkilatlarla yaranan əlaqələr, hazırda 6 layihə üzrə həyata keçirilən tədbirlərdən söz açıb. Cənubi Koreya Respublikası ilə qurulan əməkdaşlıq çərçivəsində Peşə Təlimi Mərkəzinin yaradılmasına dair müvafiq ölkənin “DAEWOO” Şirkəti ilə ötən il memorandum imzalandığını diqqətə çatdıran nazir eyni zamanda həmin mərkəzin fəaliyyət istiqamətləri haqqında danışıb. “DAEWOO” Şirkətinin vitse-prezidenti cənab Jonq Hvan Pak layihənin reallaşdırılması ilə əlaqədar birgə görülən səmərəli işlər, keçirilən görüşlər və qarşılıqlı səfərlərdən söz açıb. Qonaq Azərbaycanda Koreya tipli Peşə Təlimi Mərkəzi yaratmaqla yüksək ixtisaslı kadrların hazırlanmasına, bu sahənin inkişafına çalışdıqlarını açıqlayıb. Sonda tədbirdə iştirak edən media nümayəndələrinin sualları cavablandırılıb.

Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Bakının Səbail rayonundakı M.Rahim adına 7 saylı orta məktəbin 80 illik yubiley mərasimi keçirilib.

Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Bakının Səbail rayonundakı M.Rahim adına 7 saylı orta məktəbin 80 illik yubiley mərasimi keçirilib. Mərasimi giriş sözü ilə məktəbin direktoru Gülnaz Mehdizadə açaraq qədim təhsil ocağının pedaqoji kollektivi adından tədbir iştirakçılarını salamlayıb və məktəbin tarixi barədə məlumat verib. Sonra kiçikyaşlı şagirdlərin ifasında mahnılar oxunub, seirlər dinlənilib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fraqmentlər göstərilib və məktəbin yaxın, uzaq keçmişini əks etdirən film nümayiş etdirilib. Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov çıxış edərək kollektivi yubiley münasibətilə təbrik edib, eləcə də bir neçə məzun onlara dərs demiş müəllimlər haqqında xatirələrini danışıb. Təhsil naziri Misir Mərdanov pedaqoji kollektivi məktəbin 80 illik yubileyi münasibətilə təbrik edib, onlara daha yüksək nailiyyətlər qazanılmasında uğurlar arzulayıb. Nazir qeyd edib ki, mövcud olduğu illər ərzində vətənpərvər, dərin bilik və bacarıqlara malik nəsillər tərbiyə edib yetişdirən qocaman təhsil ocağı bu gün də öz missiyasını layiqincə davam etdirir. Sonda nazir məktəbin bir qrup müəlliminə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərman təqdim edib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı