Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İyunun 4-də Təhsil Nazirliyində “2007-ci ildə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti” mövzusunda kollegiya iclası keçirilib.
İyunun 4-də Təhsil Nazirliyində “2007-ci ildə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti” mövzusunda kollegiya iclası keçirilib.
Təhsil naziri Misir Mərdanov bu sahənin əhəmiyyətini qeyd edərək ərizə və şikayətlərə vaxtında baxılmasının, aparılan işlərin daha da təkmilləşdirilməsinin və mövcud çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Sonra nazir müavini Elmar Qasımov bu barədə geniş məlumat verərək bildirib ki, 2007-ci ildə Təhsil Nazirliyinə 16 437 ərizə və şikayət, 20 742 məktub olmaqla, ümumilikdə 37 184 sənəd daxil olub. Onlardan 356 ərizə və 259 məktub nəzarətə götürülüb. Eyni zamanda nazirliyin bütün şöbələrinə daxil olan ərizə, şikayət və digər məzmunlu müraciətlərə baxılıb, onların mövcud qaydalara uyğun icrası təmin olunub və ətraflı cavab verilib.
Nazir müavini ərizə xarakterli müraciətlərdə, əsasən, xaricdə təhsil alan tələbələrin problemləri, işlə təminat, azad təyinat, ali məktəblərə bərpa, təhsil xərclərinin ödənilməsinə kömək, yaşı 6-ya çatmayanların məktəbə qəbulu və s. məsələlərin üstünlük təşkil etdiyini açıqlayıb. E. Qasımov həmçinin Təhsil Nazirliyinin ayrı-ayrı struktur bölmələrində kargüzarlıq işlərinin daha da yaxşılaşdırılması məqsədilə İKT-nin tətbiqi və bu işlərin lazımi səviyyədə aparılmasının zəruriliyini bildirib.
Kollegiyada “Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti” üzrə digər bir məsələ müzakirə olunub. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov bu fənnin tarixi mərhələləri, onun tədrisinin təkmilləşdirilməsi sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar haqqında danışıb. A. İbrahimov Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində işləyən gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlərin tərkibi, fənn kabinetlərinin vəziyyəti barədə məlumat verib, eləcə də müvafiq dərsliklərin təkmilləşdirilməsinə dair təklifləri qeyd edib.
Sonda müzakirə olunan məsələlərlə bağlı kollegiyanın qərarı qəbul olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
