Noyabrın 27-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyadan gəlmiş nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda peşə təhsilinin inkişafı və ingilis dilinin öyrənilməsi üzrə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq bu görüşü təşkil edən Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə və “British Council” təşkilatına təşəkkür edib. Nümayəndə heyətinin rəhbəri cənab Mətyu Anderson bildirib ki, təmsil etdiyi ölkədən Azərbaycana gələn qrupa iki təşkilat daxildir. Bunlar Böyük Britaniya Texniki Peşə Təhsilinin Öyrədilməsi Təşkilatı (TVET UK) və İngilis Dili Assosiasiyasıdır. Peşə təhsilinin tədrisi və təlimi istiqamətində rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında nazirə məlumat verən cənab Mətyu Anderson qeyd edib ki, TVET UK mövcud sahənin inkişafına yönələn layihələr həyata keçirir. Qonaq ölkəmizdə peşə təhsili üzrə müəllimlərin təkmilləşdirilməsi, tədris planlarının hazırlanması və tələbə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb.Cənab M.Anderson İngiltərə kollecləri ilə Azərbaycan Texniki Universiteti arasında layihə həyata keçirilməsi məsələsinə də toxunub. Görüşdə qonaqlar son illər Azərbaycanda aparılan təhsil islahatları barədə məlumatlı olduqlarını vurğulayıblar. Qeyd ediblər ki, bu təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstanda peşə təhsilinin inkişafına dəstək olaraq layihə həyata keçirir. Sonra beynəlxalq marketinq meneceri xanım Codi Qrey ingilis dilinin tədrisi sahəsində əməkdaşlığın yaradılması istiqamətləri və bu sahə üzrə Böyük Britaniya təcrübəsindən yararlanmağın vacibliyindən söz açıb. Nazir də öz növbəsində hər iki sahənin ölkəmiz üçün prioritet olduğunu bildirib. Misir Mərdanov peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində müvafiq işlər görülüb, bir sıra beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb. Misir Mərdanov hər iki təşkilatla əməkdaşlığa hazır olduğunu açıqlayıb, eləcə də gələcək əlaqələrin qurulması işində qonaqların ölkəmizin peşə təhsili müəssisələri ilə tanışlığının əhəmiyyətini bildirib. Nazir həmçinin ingilis dilinin tədrisi üzrə “British Council” təşkilatı ilə birgə reallaşdırılan layihələr və ölkəmizdə bu dilə olan maraq haqqında danışıb. Misir Mərdanov qonaqlara Dünya Bankı ilə birgə həyata keçirilən II layihə çərçivəsində nəzərdə tutulan tədbirlərə dair məlumat verib və onların həmin layihəyə daxil olan müvafiq komponentlər üzrə beynəlxalq məsləhətçi kimi iştirakının əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə ingilis dili müəllimlərinin treninqdən keçirilməsi, regionlarda bu dilin tədrisinin təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib. “British Council”un ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye də görüşdə iştirak edib. Görüşdə Azərbaycanda peşə təhsilinin inkişafı və ingilis dilinin öyrənilməsi üzrə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq bu görüşü təşkil edən Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə və “British Council” təşkilatına təşəkkür edib. Nümayəndə heyətinin rəhbəri cənab Mətyu Anderson bildirib ki, təmsil etdiyi ölkədən Azərbaycana gələn qrupa iki təşkilat daxildir. Bunlar Böyük Britaniya Texniki Peşə Təhsilinin Öyrədilməsi Təşkilatı (TVET UK) və İngilis Dili Assosiasiyasıdır. Peşə təhsilinin tədrisi və təlimi istiqamətində rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında nazirə məlumat verən cənab Mətyu Anderson qeyd edib ki, TVET UK mövcud sahənin inkişafına yönələn layihələr həyata keçirir. Qonaq ölkəmizdə peşə təhsili üzrə müəllimlərin təkmilləşdirilməsi, tədris planlarının hazırlanması və tələbə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb.Cənab M.Anderson İngiltərə kollecləri ilə Azərbaycan Texniki Universiteti arasında layihə həyata keçirilməsi məsələsinə də toxunub. Görüşdə qonaqlar son illər Azərbaycanda aparılan təhsil islahatları barədə məlumatlı olduqlarını vurğulayıblar. Qeyd ediblər ki, bu təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstanda peşə təhsilinin inkişafına dəstək olaraq layihə həyata keçirir. Sonra beynəlxalq marketinq meneceri xanım Codi Qrey ingilis dilinin tədrisi sahəsində əməkdaşlığın yaradılması istiqamətləri və bu sahə üzrə Böyük Britaniya təcrübəsindən yararlanmağın vacibliyindən söz açıb. Nazir də öz növbəsində hər iki sahənin ölkəmiz üçün prioritet olduğunu bildirib. Misir Mərdanov peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində müvafiq işlər görülüb, bir sıra beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb. Misir Mərdanov hər iki təşkilatla əməkdaşlığa hazır olduğunu açıqlayıb, eləcə də gələcək əlaqələrin qurulması işində qonaqların ölkəmizin peşə təhsili müəssisələri ilə tanışlığının əhəmiyyətini bildirib. Nazir həmçinin ingilis dilinin tədrisi üzrə “British Council” təşkilatı ilə birgə reallaşdırılan layihələr və ölkəmizdə bu dilə olan maraq haqqında danışıb. Misir Mərdanov qonaqlara Dünya Bankı ilə birgə həyata keçirilən II layihə çərçivəsində nəzərdə tutulan tədbirlərə dair məlumat verib və onların həmin layihəyə daxil olan müvafiq komponentlər üzrə beynəlxalq məsləhətçi kimi iştirakının əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə ingilis dili müəllimlərinin treninqdən keçirilməsi, regionlarda bu dilin tədrisinin təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib. “British Council”un ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye də görüşdə iştirak edib.
08/07/2015 16:52
Noyabrın 24-də “Hyatt Regency” otelində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasına həsr olunmuş seminar keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və təhsil işçiləri iştirak edib. Seminarda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları səmimi salamlayıb və tədbirin yüksək əhəmiyyət daşıdığını qeyd edib. Təhsil İslahatları Proqramının həyata keçirilməsinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran nazir hazırda ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısını xüsusi vurğulayıb. Misir Mərdanov Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı mövcud əməkdaşlıq, I layihə çərçivəsində həyata keçirilən islahatlar, 10 illik Təhsil İslahatı Proqramı üzrə əldə olunan nailiyyətlər, perspektivlər haqqında geniş məruzə edib. Nazir cari ildən etibarən orta məktəblərin I siniflərində ümumi təhsilin milli kurrikulumunun tətbiq edilməsini bu uğurlardan biri kimi qiymətləndirib. Eyni zamanda nazir II layihə barədə iştirakçıları məlumatlandırıb. Nazir bildirib ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır. Misir Mərdanovun verdiyi məlumata görə, layihə 2008-2013-cü illəri əhatə edəcək və onun həyata keçirilməsi üçün 45.4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulub. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti təşkil edir, 20.4 milyonu isə Azərbaycan Hökumətinin iştirak payı kimi müəyyənləşdirilib. Baş nazirin müavini Elçin Əfəndiyev seminarda çıxış edərək, ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısından danışıb. E.Əfəndiyev bildirib ki, son 5 ildə ölkəmizdə qeyd olunan sahə üçün ayrılan büdcə vəsaitinin məbləği 5 dəfə artırılıb. E.Əfəndiyev Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində müsbət addımlar atıldığını vurğulayaraq II layihənin aparılması işinə uğurlar arzulayıb. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak ölkəmizdə təhsilin inkişafında böyük rol oynayacaq II layihənin əhəmiyyətini qeyd edib, tədris prosesində təlim texnologiyalarından səmərəli istifadə edilməsini, kadrların müasir dünyanın tələbləri səviyyəsində yetişdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Sonra “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək”, “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi”, “Təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə”, “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” və digər mövzularda təqdimatlar olub, təhsilin müxtəlif sahələri üzrə müzakirələr aparılıb. Seminar öz işini davam etdirir.
08/07/2015 16:52
Noyabrın 21-də Bakı Slavyan Universiteti filologiya fakültəsinin və Azərbaycan Müqayisəli Ədəbiyyatşünaslıq Assosiasiyasının təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyat: ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdullayev iştirakçıları səmimi salamlayıb. Təhsil naziri Misir Mərdanov çıxış edərək keçirilən konfransın əhəmiyyətini xüsusi qeyd edib və təqdirəlayiq hal kimi dəyərləndirib. Sonra nazir konfransın işinə uğurlar arzulayaraq dünyanın müxtəlif ölkələrindən gələn alimlərin elmi müzakirələr keçirməsini yüksək qiymətlləndirib. Eyni zamanda nazir gələcəkdə bu işi davam etdirməyin məqsədəmüvafiq olduğunu diqqətə çatdırıb. Konfransda Fransa, Rusiya, Türkiyə, Braziliya, Yaponiya və başqa ölkələrdən gələn qonaqlar, eləcə də ali məktəb rəhbərləri iştirak edib.
08/07/2015 16:52
Noyabrın 19-da “Palace Oteli”ndə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2009-cu ildə qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Konfransı giriş nitqi ilə təhsil naziri Misir Mərdanov açıb. Nazir müvafiq Dövlət Proqramının əhəmiyyətindən, onun həyata keçirilməsi istiqamətində görülən işlərdən, dövlət qurumları, həmçinin beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan danışıb. Nazir eyni zamanda proqramın icrası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan məsələlərdən söz açıb. Misir Mərdanov bildirib ki, qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi nəzdində yaradılmış İşçi Qrup 2007-ci ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyinin müvafiq əməkdaşları və YUNİSEF-in ekspertləri ilə birgə 55 dövlət uşaq müəssisəsində sorğular keçirib. Toplanmış məlumatlar isə xüsusi kompüter proqramına işlənib, müəssisələrin və orada yaşayan uşaqların qiymətləndirilməsi aparılıb. Konfransda o da qeyd olunub ki, İşçi Qrup həmin qiymətləndirmə əsasında YUNİSEF-in beynəlxalq ekspertləri ilə birgə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlayıb. Baş Plan növbəti 5 ili əhatə edəcək. İlkin layihəyə əsasən, növbəti 1 il ərzində 12 müəssisənin ümumtəhsil məktəbinə, lisey və ya gimnaziyaya çevrilməsi planlaşdırılır. Növbəti 3 il ərzində 20, 5 ilə isə 23 müəssisədə transformasiya planının həyata keçirilməsi nəzərdə tutulur. Həmin müəssisələr yerli ehtiyac və imkanlardan asılı olaraq, təhsil müəssisəsinə, yaxud günərzi qayğı mərkəzinə çevriləcək. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hacı Rəcəbli çıxış edərək Dövlət Proqramının həyata keçirilməsində Təhsil Nazirliyinin digər dövlət qurumları, beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirib. H.Rəcəbli proqramın həyata keçirilməsi ilə bağlı hazırlanmış layihə ilə yanaşı, digər təklif və fikirlərin də öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. Konfransda Nazirlər Kabinetinin şöbə müdiri Qurban Əmirov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Bendris Alami, “Uşaqların xilası” təşkilatının rəhbəri Cef Cakomini, Dövlət Proqramı üzrə yaradılan İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva və digər şəxslər çıxış ediblər. Sonda Misir Mərdanov yekun nitqi ilə çıxış edib. Nazir öz çıxışında YUNİSEF-lə əməkdaşlıqdan razı qaldığını, birgə əlaqələrin uğurlu nəticələrini qeyd edib. Eyni zamanda nazir konfransın materiallarının kitabça şəklində çap olunub yerlərə çatdırılmasını tövsiyə edib.
08/07/2015 16:52
Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Belarusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Yermoloyeviç Paskeviçlə görüşüb.
Görüşdə tərəflər Azərbaycanla Belarusiya arasında təhsil əlaqələri, işgüzar əməkdaşlığın qurulması ilə əlaqədar fikir mübadiləsi aparıblar. Misir Mərdanov səfiri səmimi salamlayaraq ölkələrimiz arasında münasibətlərin son illər inkişafı istiqamətində atılan addımlardan danışıb. Təhsil sahəsindəki əlaqələrə böyük önəm verdiyini açıqlayan nazir qonağa hazırda bu istiqamətdə aparılan işlər haqqında məlumat verib. Cənab Paskeviç öz ölkəsinin təhsil sistemi, peşə təhsili müəssisələrinin vəziyyəti, ali məktəblərdə Boloniya prosesinə keçid üzrə iş aparılması barədə ətraflı məlumat verib. Səfir 2009-cu ilin mayında Belarusiyada YUNESKO-nun dəstəyi ilə “Texniki-peşə təhsilinin modernləşdirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfrans keciriləcəyini bildirib, ölkəmizin də bu tədbirdə iştirakının məqsədəuyğunluğunu və dəvət olunduğunu qeyd edib. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı üçün işçi qrup yaradılması, tələbə mübadiləsinin genişləndirilməsi, texniki peşə-təhsili müəssisələrində kadr hazırlığı, eləcə də digər məsələlər müzakirə olunub.
08/07/2015 16:52
Noyabrın 18-də Təhsil Nazirliyində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cənab Məhəmməd Bendris Alami ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra nazir ölkəmizdə öz missiyasını uğurlu yerinə yetirən YUNİSEF təşkilatının Təhsil Nazirliyi ilə sıx və səmərəli əməkdaşlıq etməsindən, birgə həyata keçirilən layihələrdən danışıb. Nazir bildirib ki, bu layihələr ümumilikdə 250-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisəsini, 30 minədək uşaq və şagirdi, 7 minə qədər valideyni, 3 minədək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. Eyni zamanda 400-dək təlim kursu keçirilib, müxtəlif məzmunlu təlim materialları hazırlanıb. Misir Mərdanov həyata keçirilən layihələrin hər biri haqqında ətraflı məlumat verərək, YUNİSEF-lə əməkdaşlığın perspektivlərindən də söz açıb. Nazir erkən yaş dövründə uşaqların inkişafı sahəsində əməkdaşlığın, ilkin müəllim hazırlığı üzrə nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, ümumi orta təhsil sistemində kurrikulumun tətbiqi, müəllimlərin ixtisasartırma sistemi ilə bağlı yeni mexanizmlərin yaradılması və digər istiqamətdə aparılan işlərin daha da genişləndirilməsinin məqsədəuyğunluğunu qeyd edib. Cənab Məhəmməd Bendris Alami səmimi qəbul, eləcə də YUNİSEF-lə əməkdaşlığın istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Qonaq birgə əlaqələrin inkişafı üzrə səmərəli əməkdaşlığın təşkili, gələcəkdə reallaşdırılması nəzərdə tutulan tədbirlər haqqında danışıb. Eyni zamanda lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Noyabrın 17-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Ankara Şəhər Təhsil Şöbəsinin müdiri cənab Kamil Aydoğanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir qonaqlara iki ölkə arasındakı mövcud təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib, bu əməkdaşlığı yüksək qiymətləndirərək əldə olunan nailiyyətlərdən danışıb. Misir Mərdanov ölkəmizin mövcud təhsil sistemi, orta təhsilin strukturu və vəziyyətindən söz açıb, eləcə də qonaqların lazımi məlumata malik olması üçün onların orta təhsil müəssisələrinə baş çəkməsinin vacibliyini açıqlayıb. Nazir həmçinin iki ölkənin universitetləri arasındakı mövcud əlaqələrdən, qarşılıqlı tələbə mübadiləsindən danışaraq bu əməkdaşlığın orta məktəblər üzrə də aparılmasının məqsədəuyğunluğunu qeyd edib. Eyni zamanda “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsini irəli sürən Misir Mərdanov həmin məktəblər arasında müəllim mübadiləsinin təşkilinin bu sahədə müsbət dəyişikliyin əldə olunmasına şərait yaradacağını bildirib. Sonra nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Ankara Şəhər Təhsil Şöbəsinin birgə iş aparması, eləcə də ortaq tarix, ədəbiyyat, yaxud coğrafiya dərsliyinin hazırlanması, müvafiq proqramların yaxınlaşdırılması təklifi ilə çıxış edib. Səmimi qəbul və dəvət üçün Misir Mərdanova təşəkkürünü bildirən cənab Kamil Aydoğan nazirin fikirləri ilə həmrəy olduğunu diqqətə çatdırıb. O öz ölkəsində ibtidai və əsas təhsil sahəsi, peşə məktəblərinin rolu və onların bugünkü vəziyyəti haqqında ətraflı məlumat verib. Misir Mərdanov öz növbəsində qonaqların ölkəmizin bir neçə peşə təhsili müəssisəsinin rəhbərliyi ilə görüşməsinin əhəmiyyətini qeyd edərək, bununla bağlı nazirliyin müvafiq şöbə müdirinə konkret tapşırıqlar verib. Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da iştirak ediblər.
08/07/2015 16:52
Təhsil nazirinin “Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə” əmrinin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq rayon və şəhərlərə koordinator qismində təyin edilmiş əməkdaşları oktyabrın 20-26-da Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonları istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəbləri və peşə liseylərində olmuşlar.
Koordinatorlar buraxılış siniflərində oxuyan 80 minə qədər şagird, onların valideyni, müəllim və imtahan nəzarətçisi kimi iştirak edəcək müəllimlərlə görüşmüş, imtahan prosesində onların vəzifələri haqqında treninqlər keçirmişlər. Treninqlərdə 2008-2009-cu tədris ilində mərkəzləşdirilmiş qaydada yoxlama imtahanlarının qərargah Bakı, Gəncə, Quba, Şəki və Lənkəran şəhərləri olmaqla, 5 bölgə üzrə keçiriləcəyi barədə məlumat verilmiş, şagird, valideyn, müəllim və nəzarətçilərin çoxsaylı sualları cavablandırılmış, keçən tədris ilinin imtahanları zamanı fərqlənən və nöqsanlara yol vermiş bina rəhbərləri və nəzarətçilər haqqında məlumatlar diqqətə çatdırılmışdır. Eyni zamanda rayon (şəhər) təhsil şöbələri ilə birlikdə 2008-2009-cu dərs ili üçün yeni imtahan mərkəzləri müəyyənləşdirilmiş, test bankı, şagirdlər və nəzarətçilər üçün yaddaş, həmçinin imtahanda psixoloji gərginliyin aradan qaldırılmasını təmin etmək məqsədi ilə hazırlanmış sənədlərin yerlərə çatdırılması təmin olunmuşdur. 2008-2009-cu tədris ilində tətbiq ediləcək yeniliklər, o cümlədən, hər sinif otağında imtahan verəcək 18 nəfər şagirdin hər birinin ayrı-ayrı variantlar üzrə imtahan verməsi, imtahan sualların sayının azaldılması, test kitabçası və cavab kartında sualların ardıcıl nömrələnməsi, şagird nəticələrinin yekun qiymətləndirilməsi, yəni attestata yazılacaq qiymətin X və XI siniflər üzrə illik və XI sinif yoxlama və buraxılış imtahanlarındakı qiymətlər əsasında çıxarılması barədə məlumatlar treninq iştirakçılarının nəzərinə çatdırılmışdır. Təhsil Nazirliyinin bölgələrə ezam etdiyi koordinatorlar yerlərdə cari tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tətbiq olunan kurrikulumlarla bağlı işin gedişi ilə yaxından maraqlanmış, rayon (şəhər) təhsil şöbələrində müvafiq yığıncaqlar keçirmiş, məktəblərin birinci siniflərində dərslərin gedişində iştirak etmiş və müvafiq tövsiyələr vermişlər. Koordinatorlar yerli təhsili idarəetmə orqanlarının nümayəndələri ilə birlikdə bütün ümumtəhsil məktəblərində olmuş, onların vəziyyəti barədə ətraflı məlumatları Təhsil Nazirliyinə təqdim etmişlər. Bu treninqlərin davamı olaraq, noyabr ayından Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, Abşeron və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI sinif şagirdləri, onların valideynləri və fənn müəllimləri ilə təlimati yığıncaqlar keçirilməsinə başlanılmışdır. Artıq Bakı şəhərinin Əzizbəyov rayonunda bu təlimatı işin aparılması prosesi başa çatdırılmışdır. Dekabr ayının sonunadək qalan rayonların təlimatlandırılması tamamlanacaqdır. 2009-cu ilin yanvar ayından imtahan prosesinə hazırlıq məqsədi daşıyan təlimati yığıncaqların təkrar keçirilməsi nəzərdə tutulur. Keçirilmiş treninqlər şagirdlər, onların valideynləri və müəllimlər tərəfindən müsbət qarşılanmış, irəli sürülən təkliflər müzakirə olunmuş və gələcəkdə nəzərə alınması məqsədəuyğun hesab edilmişdir.
08/07/2015 16:52
Bu günlərdə Cəbrayıl rayonu 131 saylı Texniki-Peşə Məktəbinin bərpası ilə əlaqədar tədbir keçirilib.
Məlumat üçün bildirək ki, bu məktəbin bərpası Avstriyanın “Hilfsverk Avstriya” təşkilatı, Gəncə Aqrobiznes Assosiasiyası (GABA) ilə birgə reallaşdırılan “Peşə məktəblərinin inkişafı” layihəsi və Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində həyata keçirilib. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Məcburi Köçkünlərin Sosial Müdafiə Fondu və Cəbrayıl rayonu İcra Hakimiyyəti tərəfindən dəstəklənib. Kənd təsərrüfatı istiqamətli olan bu təhsil müəssisəsində ilkin olaraq 90 nəfər tələbənin təhsil alması nəzərdə tutulur. Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə 3 hektar ərazidə nümayiş sahəsi təşkil olunub. Onu da qeyd edək ki, peşə məktəbində tədrislə məşğul olacaq müəllimlər üçün GABA tərəfindən 3 aylıq ixtisas kursu təşkil edilib. İxtisas kursunu müvəffəqiyyətlə bitirənlər sertifikatla təltif olunub. Onların müvafiq məktəbdə müəllim kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Eyni zamanda həmin müəllimlərdən üç nəfərinin ixtisaslarını artırmaq məqsədilə Avstriyaya 2 aylıq təkmilləşmə kursuna göndərilməsi planlaşdırılır.
08/07/2015 16:52
Noyabrın 10-da Türkiyənin İzmir şəhərində “Sənaye avtomatlaşdırma texnologiyaları sahəsində müəllim tədrisi” proqramı üzrə seminar öz işinə başlayıb.
Türkiyə Təhsil Nazirliyi, Türkiyə İş Birliyi və Kalkınma İdarəsi (TİKA), Azərbaycan Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən bu seminar texniki-peşə təhsili müəssisələrində işləyən mühəndis-pedaqoji heyət üçün nəzərdə tutulub. Seminarın açılış mərasimində Türkiyə Təhsil Nazirliyinin Peşə Təhsili Departamentinin müdiri Yucel Yuksel və Azərbaycan Respublikasının Türkiyə Respublikasında Təhsil məsələləri üzrə nümayəndəliyinin İzmir bölməsinin nümayəndəsi Cavid Əliyev, eləcə də digər rəsmi şəxslər iştirak etmişdir. Qeyd edək ki, seminarda Təhsil Nazirliyinin və ölkəmizin müxtəlif peşə təhsili müəssisələrinin 10 nəfərlik nümayəndə heyəti iştirak edir. TİKA və Təhsil Nazirliyi arasında olan razılaşmaya əsasən “Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın uğurla həyata keçirilməsi məqsədilə gələcəkdə müxtəlif istiqamətlər üzrə birgə tədbirlərin və təlim səfərlərinin təşkil edilməsi də nəzərdə tutulmuşdur. Seminar dekabrın 12-dək davam edəcək.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı