Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Noyabrın 17-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Ankara Şəhər Təhsil Şöbəsinin müdiri cənab Kamil Aydoğanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir qonaqlara iki ölkə arasındakı mövcud təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib, bu əməkdaşlığı yüksək qiymətləndirərək əldə olunan nailiyyətlərdən danışıb.
Misir Mərdanov ölkəmizin mövcud təhsil sistemi, orta təhsilin strukturu və vəziyyətindən söz açıb, eləcə də qonaqların lazımi məlumata malik olması üçün onların orta təhsil müəssisələrinə baş çəkməsinin vacibliyini açıqlayıb. Nazir həmçinin iki ölkənin universitetləri arasındakı mövcud əlaqələrdən, qarşılıqlı tələbə mübadiləsindən danışaraq bu əməkdaşlığın orta məktəblər üzrə də aparılmasının məqsədəuyğunluğunu qeyd edib. Eyni zamanda “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsini irəli sürən Misir Mərdanov həmin məktəblər arasında müəllim mübadiləsinin təşkilinin bu sahədə müsbət dəyişikliyin əldə olunmasına şərait yaradacağını bildirib.
Sonra nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Ankara Şəhər Təhsil Şöbəsinin birgə iş aparması, eləcə də ortaq tarix, ədəbiyyat, yaxud coğrafiya dərsliyinin hazırlanması, müvafiq proqramların yaxınlaşdırılması təklifi ilə çıxış edib.
Səmimi qəbul və dəvət üçün Misir Mərdanova təşəkkürünü bildirən cənab Kamil Aydoğan nazirin fikirləri ilə həmrəy olduğunu diqqətə çatdırıb. O öz ölkəsində ibtidai və əsas təhsil sahəsi, peşə məktəblərinin rolu və onların bugünkü vəziyyəti haqqında ətraflı məlumat verib.
Misir Mərdanov öz növbəsində qonaqların ölkəmizin bir neçə peşə təhsili müəssisəsinin rəhbərliyi ilə görüşməsinin əhəmiyyətini qeyd edərək, bununla bağlı nazirliyin müvafiq şöbə müdirinə konkret tapşırıqlar verib.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da iştirak ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
