Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 18-də Təhsil Nazirliyində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cənab Məhəmməd Bendris Alami ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra nazir ölkəmizdə öz missiyasını uğurlu yerinə yetirən YUNİSEF təşkilatının Təhsil Nazirliyi ilə sıx və səmərəli əməkdaşlıq etməsindən, birgə həyata keçirilən layihələrdən danışıb. Nazir bildirib ki, bu layihələr ümumilikdə 250-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisəsini, 30 minədək uşaq və şagirdi, 7 minə qədər valideyni, 3 minədək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. Eyni zamanda 400-dək təlim kursu keçirilib, müxtəlif məzmunlu təlim materialları hazırlanıb.
Misir Mərdanov həyata keçirilən layihələrin hər biri haqqında ətraflı məlumat verərək, YUNİSEF-lə əməkdaşlığın perspektivlərindən də söz açıb. Nazir erkən yaş dövründə uşaqların inkişafı sahəsində əməkdaşlığın, ilkin müəllim hazırlığı üzrə nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, ümumi orta təhsil sistemində kurrikulumun tətbiqi, müəllimlərin ixtisasartırma sistemi ilə bağlı yeni mexanizmlərin yaradılması və digər istiqamətdə aparılan işlərin daha da genişləndirilməsinin məqsədəuyğunluğunu qeyd edib.
Cənab Məhəmməd Bendris Alami səmimi qəbul, eləcə də YUNİSEF-lə əməkdaşlığın istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Qonaq birgə əlaqələrin inkişafı üzrə səmərəli əməkdaşlığın təşkili, gələcəkdə reallaşdırılması nəzərdə tutulan tədbirlər haqqında danışıb. Eyni zamanda lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl