Ali təhsil
Ali təhsilin səviyyələri üzrə iqtisadiyyatın, əmək bazarının və cəmiyyətin tələbatı nəzərə alınmaqla, elmi innovasiyaların istehsalata transferini təmin edən, beynəlxalq rəqabətə davamlı ali təhsil sisteminin formalaşmasını, ayrı-ayrı təhsil proqramları üzrə yüksək səriştəli mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanmasını həyata keçirir.
MÜNDƏRİCAT:
Fəaliyyət istiqamətləri:
- Səriştə əsaslı və tələbəyönümlü təhsil proqramlarının tətbiqi;
- Ömürboyu təhsil və təhsilin fasiləsizliyinin təmin olunması;
- Keyfiyyətli və şəffaf ali təhsil prosesinin cəmiyyətin və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasının təmin olunması;
- Elmi tədqiqat və innovasiyaların inkişafının təmin olunması;
- Ali təhsil sisteminin beynəlmilləşməsi və beynəlxalq rəqabətliliyinin təmin edilməsi.
Normativ sənədlər:
İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı