• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə köçürülməsi

Tələbələrin köçürülməsi prosesi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” və “Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçirilir. Bu Qaydalara uyğun olaraq köçürülmə prosesində aşağıdakı meyarlar nəzərə alınır:

  • köçürülmə yay tətili dövründə 1 dəfə həyata keçirilir;
  • köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər (dövlət hesabına və ya dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini və təhsilalma formasını dəyişən tələbələr istisna olmaqla);
  • tələbənin əvvəllər qazandığı kreditlər nəzərə alınır;
  • kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbə köçürülmür;
  • tələbənin tədris dilini dəyişməsinə icazə verilmir (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla);
  • tələbənin topladığı bal köçürüldüyü ixtisasın minimal keçid balından çox olmalıdır;
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə köçürülmə zamanı həm buraxılış, həm qabiliyyət imtahanlarının nəticələri nəzərə alınır;
  • təhsilalma formasının dəyişdirilməsi həmin ixtisas (ixtisaslaşma) üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir;
  • tələbələr eyni ixtisas qrupu daxilində ixtisasını dəyişə bilərlər;
  • normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələr köçürülmür;
  • subbakalavr kimi ali təhsil müəssisəsinə qəbul olunan şəxslərin köçürülməsinə yol verilmir (tələbələrin təhsilalma formasını dəyişdirməsi istisna olmaqla);
  • magistratura səviyyəsində təhsil alan tələbələrin yalnız təhsil müəssisəsini dəyişdirməsinə icazə verilir (ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir);
  • beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, eləcə də beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının məzunları yalnız seçilmiş ixtisaslara köçürülə bilərlər;
  • xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin köçürülməsi yalnız həmin müəssisənin nizamnaməsində nəzərdə tutulduğu halda bu Qaydalara müvafiq həyata keçirilir.

Xaricdən tələbələrin köçürülməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır:

1. beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);

2. tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.

Xaricdə dövlət proqramı çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi yalnız tələbənin həmin proqramlar çərçivəsində təhsilinə xitam verildiyi halda həyata keçirilir.

Köçürülmə üzrə müraciətlərinin qəbulu və baxılması müvafiq sənədlər əsasında elektron formada portal.edu.az vasitəsilə aparılır. 


Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları