Xaricdə təhsil
2019-2023 və 2022-2028 Dövlət Proqramları çərçivəsində xaricdə təhsil
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda 6 beynəlxalq ikili diplom proqramı (2 bakalavriat, 4 magistratura təhsil səviyyəsi üzrə) həyata keçirilməkdədir.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində isə hər il 500-dək gəncin dünyanın nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil almalarına şərait yaradılır.
Hər iki proqram üzrə ətraflı məlumat əldə etmək üçün müvafiq veb-sayta keçid edə bilərsiniz.
