• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Sual-cavab

Elmi jurnallar

Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən elmi və elmi-metodik jurnallar, o cümlədən 1 elektron və 2 beynəlxalq elmi jurnal mühüm rol oynayır. Son illər Təhsil Nazirliyi tərəfindən daha iki jurnal - “Kurikulum” jurnalı və “Gənc İstedad” jurnalı təsis edilib.
Ali məktəblərdə nəşr olunan jurnalların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınır.
 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən və Ali Attestasiya Komissiyası tərəfindən tanınan dövri elmi nəşrlərin siyahısı