146-5
Axtarış
146-5
Haqqımızda

Təhsil Tələbə Krediti Fondu (Bundan sonra Fond) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Fond 25 noyabr 2021-ci il tarixindən etibarən təhsil kreditlərinin verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlamışdır.

Davamı

TARİXİMİZ

Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Fondun vəsaitləri hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 №-li Qərarı ilə təsdiqlənmişdir. 

MİSSİYAMIZ

Təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.

VİZYONUMUZ

Təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə əsas operatora çevrilməklə yüksək keyfiyyətli əlçatan təhsilə nail olmaqdır.

DƏYƏRLƏR

Dürüstlük - davranış və qərar qəbuletmədə məsuliyyətli olmaq, qanunun normalarına, etik-davranış normalarına ciddi riayət etmək. Qərəzsizlik - vəzifə öhdəliklərinin icrası zamanı qərəzsiz olmaq və fəaliyyətimizdə etnik mənsubiyyət, din, dil, cins, əmlak və qulluq vəziyyəti, əqidə və digər xüsusiyyətlər üzrə bərabərliyi qoruyub saxlamaq. Peşəkarlıq - fəaliyyətimiz çərçivəsində tələb olunan bilik, vərdiş və təcrübəni tətbiq etməklə peşəkarlığı daim yüksək səviyyədə saxlamaq. Şəffaflıq - fəaliyyətimizə inamın artırılması, qarşılıqlı etimadın yüksəldilməsi üçün şəffaflıq nümayiş etdirmək.

Sualınız var?

Ən çox verilən sualların cavabı üçün FAQ bölməsinə baxın

TTKF nədir?

Təhsil Tələbə Krediti Fondu 2021-ci il 17 iyun tarixində cənab Prezident İlham Əliyevin fərmanı ilə yaradıldı. Təhsil tələbə kreditlərinin verilməsi qaydası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli qərarı ilə təsdiq edildi. Təhsil tələbə kreditləri Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli və əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələrə verilir. TTK alacaq tələbənin sonuncu semestrdə akademik borcu (kəsiri) olmamalıdır.

Sosial TTK nədir?

Sosial TTK 2 faizlə verilir .Sosial TTK almaq üçün aşağıdakı şərtlərin biri tələbəyə aid olmalıdır.
1. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
2. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;
3. ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
4. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər;
5. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs):
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar;
- işsiz kimi rəsmi qeydiyyatlıdırsa;
- yaşa görə əmək pensiyası alırsa;
- yaşa görə sosial müavinət alırsa.

Standart TTK nədir?

Standart TTK 6 faizlə verilir. Standart TTK almaq üçün tələbə aşağıdakı şərtlərin hamısına aid olmalıdır.
1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olduqda
2.İllik təhsil haqqının 20 faizini özü ödədikdə
3.Sosial TTK almaq hüququ olmayanlar

0 / 2777