Gələcək uğurlu iş həyatı üçün məlumat əsaslı karyera planlaşdırılmasının vacibliyi haqqında videoçarxların hazırlanması
GƏLƏCƏK UĞURLU İŞ HƏYATI ÜÇÜN MƏLUMAT ƏSASLI KARYERA PLANLAŞDIRILMASININ VACİBLİYİ HAQQINDA VİDEOÇARXLARIN HAZIRLANMASI MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi: Gələcək uğurlu iş həyatı üçün məlumat əsaslı karyera planlaşdırılmasının vacibliyi haqqında 8 videoçarxın hazırlanması Xidmətlərin icra müddəti: 5 ay Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi şirkətləri xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: · müraciət məktubu; · yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; · əsas heyət haqqında məlumat; · nizamnamə. Məsləhətçi şirkətlərin ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: · Media məhsulların çəkilişi sahəsində ən azı 2 illik təcrübə; · Analoji işlərin görülməsi üçün ixtisaslı daimi işçi heyətə malik olması; · Çəkiliş və montaj üçün maddi texniki baza. Məsləhətçi şirkətlər ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi şirkətlərin seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlərdən xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 05 fevral 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: y.manafova@edu.gov.az Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
Ümumtəhsil müəssisələrində strateji planlaşdirma üzrə milli məsləhətçi
Tapşırığın adı: ÜMUMTƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ STRATEJİ PLANLAŞDIRMA ÜZRƏ MİLLİ MƏSLƏHƏTÇİ İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) İcra müddəti: mart 2015 – mart 2016 Məkan: Təhsil Nazirliyi, Bakı şəhəri Tapşırıq və Vəzifələr: • Seçilmiş məktəblərin cari vəziyyətinin qiymətləndirilməsi və təhlil hesabatının hazırlanması; • Məktəbin öz fəaliyyətini strateji və çevik surətdə idarə etmək bacarıqlarının artırılması üzrə təlimlərin keçirilməsi; • Seçilmiş məktəblər üçün strateji planların hazırlanması; • Strateji planların icrası prosesində peşəkar dəstək/mentorluq xidmətinin təmin edilməsi; • Bu layihə ilə bağlı digər vəzifələrin Təhsil Nazirliyinin tələb etdiyi qaydada yerinə yetirilməsi. İxtisas tələbləri: • Təhsil, idarəetmə və ya digər müvafiq sahədə elmi dərəcə; • Təhsil sahəsində, xüsusilə təhsilin idarə edilməsi sahəsində, müəssisənin inkişaf etdirilməsi, təhsilin əks-mərkəzləşdirilməsi, o cümlədən təşkilati mədəniyyətin yaradılması sahələrində üç (3) illik iş təcrübəsinin olması; • Təhsil sisteminin strateji planlaşdırma proseslərinin hazırlanması, təhsilin idarəolunması və əməliyyatlar üzrə müvafiq məktəb hesabatvermə sistemlərinin tətbiq edilməsi sahələrində təcrübəsi; • İnkişaf etməkdə olan bənzər ölkələrin təhsil və idarəetmə sistemləri üzrə biliyə və ya təcrübəyə malik olan namizədlərə üstünlük veriləcəkdir; • Azərbaycan və ingilis dillərində səlis şəkildə danışıq və yazı vərdişlərinin olması; • Kompüter proqramları ilə yüksək dərəcədə işləmək bacarığının olması. Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər. Son təqdim edilmə tarixi: 05 fevral 2015-ci il, 18:00 Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az
08/07/2015 16:52
Ruminiya Höküməti tərəfindən 2015-2016-cı tədris ili üçün elan etdiyi təqaüd proqramı haqqında elanı nəzərinizə çatdırırıq:
Ölkə: Rumıniya Universitetlər: keçiddə qeyd olunub İxtisaslar: Siyasi və idarəçilik elmləri, təhsil sistemi sahəsi, Rumıniya mədəniyyəti və sivilizasiya, jurnalistika, qaz və neft sahəsi, texniki sahələr, kənd təsərrüfatı sahəsi, baytarlıq, memarlıq, incəsənət, musiqi Təhsil səviyyələri: bakalavr, magistratura, doktorantura Təhsil dili: Rumın dili Maliyyələşdirmə forması: Ödənişsiz Aylıq təqaüdlər: bakalavr: 65 EURO magistratura: 75 EURO doktorantura: 85 EURO Yaş məhdudiyyəti: Yoxdur Kvota sayı: 85 Son müraciət tarixi: 15.03.2015 Müraciət forması: Bütün ərizə formaları Rumıniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinə və ya Azərbaycanın Buxarest şəhərindəki diplomatik nümayəndəliyi vasitəsilə Rumıniyanın Xarici İşlər Nazirliyinə təqdim edilməlidir. İnternet səhifəsi: http://mae.ro/node/10251 Əlaqə vasitələri: tel: +994 (12) 462 04 29 fax: +994 (12) 440 77 00 email: rom_amb_baku@azdata.net
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.
Təqaüd proqramının qalibləri yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqdır. Təlim kursu 16 həftəlikdir (həftədə 2 dəfə 3 akademik saat hesabı ilə). Təlim modulları: • Yaş fiziologiyası və psixologiyası - ənənəvi və yeni yanaşmalar • İbtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri • Pedaqoji ustalıq praktikumu (metodika və didaktika) • İKT savadlılığı. Təqaüd qazanmaq üçün müsabiqədə iştirak şərti: • Hazırda IV sinifdə dərs deyən ali pedaqoji təhsilli müəllimlər müsabiqədə iştirak edə bilər. Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (Əlavə) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçtla aparılacaqdır. Bu səbəbdən şəxsi elektron poçtunuzdan istifadə etməyiniz və poçtu mütəmadi yoxlamağınız vacibdir. Müraciət üçün son tarix: 27 fevral 2015-сi il Seçim qaydaları: Təlim iştirakçıları 2 mərhələli seçim əsasında müəyyən ediləcəkdir. I mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərilən ərizə forması əsasında seçiləcəkdir. II mərhələdə namizədlər müsahibəyə dəvət ediləcəkdir. Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəkdir. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə müvafiq sertifikat və təlim resursları təqdim olunacaqdır. Əlavə: Müraciət forması
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi 7-8 aprel 2015-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransını keçirir.
Konfransın istiqamətləri: - Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər); - Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya, nəqliyyat); - Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat); Məruzə tezislərinin tərtib olunma qaydaları: - Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; - Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır; - Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müıssisəsinin adı yazılır. Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir: • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir. • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir. • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir. • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn, 2, səh.222). Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilır. Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır. Məruzə tezisləri müvafiq ali təhsil müəssisələrinin doktorantura şöbələrinə təqdim olunmalıdır. Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 28 fevral 2015-ci il
08/07/2015 16:52
Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim
DƏRSLİKLƏRİN HAZIRLANMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ TƏLİM MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimlərin təşkil olunmasından ibarətdir. Xidmətin icra müddəti: aprel-dekabr 2015-ci il Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: • Məsləhətçi təşkilat müvafiq sahədə təlim və seminarların keçirilməsində geniş təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilatın əsas heyəti dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilatın dərsliklərin hazırlanması və qiymətləndirilməsi ilə əlaqəli layihələrin həyata keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək; • Məsləhətçi təşkilatın Azərbaycan dilində təlimlərin keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 02 mart 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: y.manafova@edu.gov.az Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
Yazılı və şifahi tərcümə xidmətləri
YAZILI VƏ ŞİFAHİ TƏRCÜMƏ XİDMƏTLƏRİ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi: Keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə TSİİL çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etmək. Xidmətlərin icra müddəti: aprel 2015 - mart 2016 Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: • Tərcümə xidmətlərinin göstərilməsində geniş və uğurlu təcrübəsi olan nüfuzlu şirkət; • Əsas heyət tərcümə sahəsində ən azı 5 illik təcrübəyə malik olmalı; • Beynəlxalq qurumlarla təcrübəsi olan təşkilatlara üstünlük veriləcəkdir. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Ən Aşağı Dəyər əsasında seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 02 mart 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir: Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Layihənin Əlaqələndirmə Qrupu Əlaqələndirici şəxs: Yeganə Manafova AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator
Tapşırığın adı: İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR SAHƏSİNDƏ İNSTİTUSİONAL İNKİŞAF ÜZRƏ KOORDİNATOR İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi İcra müddəti: aprel 2015 – mart 2016 Tapşırıq və Vəzifələr: • Təhsil Nazirliyinin icra qurumlarının, dövlət ali və orta ixtisas təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinin institusional inkişafı ilə bağlı təkliflər planlarının hazırlanması; bununla əlaqəli fərdi və fokus qruplarla tələbatların öyrənilməsi məqsədilə müsahibələrin və təhlillərin aparılması; • Kadr potensialının gücləndirilməsinə xidmət edəcək təlimlərin, seminarların, brifinqlərin, dəyirmi masaların və diskussiyaların təşkili; • Dövlət təhsil qurumlarının və təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinə təlim planlarının inkişafında köməklik göstərilməsi; • İctimaiyyətlə əlaqələr sahəsinə aid layihələrin əlaqələndirilməsi; • Dövlət təhsil qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində uğurlu təcrübələrinə aid məqalələrin və analitik yazıların hazırlanması; • Dövlət təhsil qurumlarının və təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinin vətəndaş birlikləri və sosial şəbəkələrlə iş, komandaların formalaşması, təşkilatı və ünsiyyət bacarıqları sahəsində peşəkarlıqlarının inkişafı; • Dövlət təhsil müəssisələrindəki ictimaiyyətlə əlaqələr mütəxəssisləri ilə birgə fəaliyyətin təşkili; • İctimaiyyətlə əlaqələrin institusional inkişafı sahəsində fəaliyyət göstərən peşəkarlar şəbəkələri ilə təcrübə mübadiləsi məqsədi ilə tərəfdaşlığın inkişafı. İxtisas tələbləri: • Jurnalistika, filologiya, idarəetmə və digər humanitar elmlər üzrə ali təhsili; • İctimaiyyətlə əlaqələr sahəsində ən azı 5 il iş təcrübəsi; • İnstitusional potensialın gücləndirilməsi sahəsində iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək; • Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilində isə orta səviyyədə dil bacarığı; • Kompüter bilikləri. Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər. Son təqdim edilmə tarixi: 02 mart 2015-ci il, saat 18:00-dək Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az
08/07/2015 16:52
2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə yerləşdirilməsi haqqında məlumat
2015-2016-ci tədris ili üçün SABAH qruplarına qəbul 6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə aparılır. Müsabiqə ilkin mərhələdə akademik göstəricilərin qiymətləndirilməsi, ikinci mərhələdə ingilis dili və məntiq üzrə test imtahanı və son mərhələdə müsahibə şəklində aparılacaqdır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsinin bakalavr pilləsində əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilərlər. Qeydiyyat mərhələsi 02.02.2015-ci il tarixindən başlamış və 15.03.2015-ci il tarixinə qədər davam edəcəkdir. Müraciət etmək istəyən tələbələrdən www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını müvafiq şəkildə doldurmaları tələb olunur. Tələbələr elektron ərizəyə daxil etdikləri məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana dəvət olunacaqdırlar. Müsabiqənin ikinci mərhələsi olan test imtahanının 2015-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulmuşdur. İmtahan nəticələri elan olunduqdan sonra nəticələri yüksək olan tələbələr müəyyən olunmuş komissiya heyətinin iştirakı ilə müsabiqəyə çağrılacaqlar. Qəbul qaydaları və müəyyən olunmuş ixtisaslar haqqında ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz.
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflıİyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı