Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Ümumtəhsil müəssisələrində strateji planlaşdirma üzrə milli məsləhətçi
Tapşırığın adı: ÜMUMTƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ STRATEJİ PLANLAŞDIRMA ÜZRƏ MİLLİ MƏSLƏHƏTÇİ
İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL)
İcra müddəti: mart 2015 – mart 2016
Məkan: Təhsil Nazirliyi, Bakı şəhəri
Tapşırıq və Vəzifələr:
• Seçilmiş məktəblərin cari vəziyyətinin qiymətləndirilməsi və təhlil hesabatının hazırlanması;
• Məktəbin öz fəaliyyətini strateji və çevik surətdə idarə etmək bacarıqlarının artırılması üzrə təlimlərin keçirilməsi;
• Seçilmiş məktəblər üçün strateji planların hazırlanması;
• Strateji planların icrası prosesində peşəkar dəstək/mentorluq xidmətinin təmin edilməsi;
• Bu layihə ilə bağlı digər vəzifələrin Təhsil Nazirliyinin tələb etdiyi qaydada yerinə yetirilməsi.
İxtisas tələbləri:
• Təhsil, idarəetmə və ya digər müvafiq sahədə elmi dərəcə;
• Təhsil sahəsində, xüsusilə təhsilin idarə edilməsi sahəsində, müəssisənin inkişaf etdirilməsi, təhsilin əks-mərkəzləşdirilməsi, o cümlədən təşkilati mədəniyyətin yaradılması sahələrində üç (3) illik iş təcrübəsinin olması;
• Təhsil sisteminin strateji planlaşdırma proseslərinin hazırlanması, təhsilin idarəolunması və əməliyyatlar üzrə müvafiq məktəb hesabatvermə sistemlərinin tətbiq edilməsi sahələrində təcrübəsi;
• İnkişaf etməkdə olan bənzər ölkələrin təhsil və idarəetmə sistemləri üzrə biliyə və ya təcrübəyə malik olan namizədlərə üstünlük veriləcəkdir;
• Azərbaycan və ingilis dillərində səlis şəkildə danışıq və yazı vərdişlərinin olması;
• Kompüter proqramları ilə yüksək dərəcədə işləmək bacarığının olması.
Müraciət forması:
Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər.
Son təqdim edilmə tarixi: 05 fevral 2015-ci il, 18:00
Əlaqə üçün məlumat:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49
E-poçt: y.manafova@edu.gov.az
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
