Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.
Təqaüd proqramının qalibləri yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqdır. Təlim kursu 16 həftəlikdir (həftədə 2 dəfə 3 akademik saat hesabı ilə).
Təlim modulları:
• Yaş fiziologiyası və psixologiyası - ənənəvi və yeni yanaşmalar
• İbtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri
• Pedaqoji ustalıq praktikumu (metodika və didaktika)
• İKT savadlılığı.
Təqaüd qazanmaq üçün müsabiqədə iştirak şərti:
• Hazırda IV sinifdə dərs deyən ali pedaqoji təhsilli müəllimlər müsabiqədə iştirak edə bilər.
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (Əlavə) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçtla aparılacaqdır. Bu səbəbdən şəxsi elektron poçtunuzdan istifadə etməyiniz və poçtu mütəmadi yoxlamağınız vacibdir.
Müraciət üçün son tarix: 27 fevral 2015-сi il
Seçim qaydaları:
Təlim iştirakçıları 2 mərhələli seçim əsasında müəyyən ediləcəkdir. I mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərilən ərizə forması əsasında seçiləcəkdir. II mərhələdə namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəkdir. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə müvafiq sertifikat və təlim resursları təqdim olunacaqdır.
Əlavə:
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
