Ali Təhsil Layihəsi çərçivəsində Ətraf Mühitin İdarəolunması üzrə Çərçivə Sənədinə dair ictimai məsləhətləşmələrə dəvət
Təhsil Nazirliyi məmnunluqla bildirir ki, təklif olunan Ali Təhsil Layihəsinin maliyyələşdirilməsi məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kreditin alınması üçün Azərbaycan Respublikası və Dünya Bankı arasında danışıqlar aparılır. Sözügedən Ali Təhsil Layihəsinin məqsədi tələbələrə yüksək keyfiyyətli təhsil vermək üçün ali təhsil sisteminin və ali təhsil müəssisələrinin potensialının gücləndirilməsidir və onun icra müddəti 5 illik dövrü əhatə edir. Ali Təhsil Layihəsi aşağıdakı komponentlərdən və alt-komponentlərdən ibarətdir: Komponent 1: Ali Təhsil Sisteminin İnkişaf Etdirilməsi Alt-komponent 1.1: İdarəetmənin Təkmilləşdirilməsi Alt-komponent 1.2: Keyfiyyətə Təminat Mexanizmlərinin Gücləndirilməsi Alt-komponent 1.3: Maliyyələşdirmə İslahatları Alt-komponent 1.4: İctimaiyyətin məlumatlandırılması və İctimai Rəyin Öyrənilməsi Komponent 2: Ali Təhsil Müəssisələrinin Potensialının Gücləndirilməsi Alt-komponent 2.1: Liderlik və İdarəetmə Potensialının Gücləndirilməsinə Dəstək Alt-komponent 2.2: Seçilmiş islahat tədbirlərinin pilot tətbiqi Alt-komponent 2.3: Keyfiyyətin Yüksəldilməsi üçün İnkişaf Təşəbbüslərinin Dəstəklənməsi Komponent 3: Layihənin Əlaqələndirilməsi, Monitorinqi və Qiymətləndirilməsi. Ali Təhsil Layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər, əsasən, texniki yardımın göstərilməsinə yönəldiyindən ətraf mühitə dəyəcək zərər məhdud olacaqdır. Ətraf mühitə təsir edə biləcək təmir işləri “Keyfiyyətin Yüksəldilməsi üçün İnkişaf Təşəbbüslərinin Dəstəklənməsi” adlı 2.3 alt-komponenti çərçivəsində ali təhsil müəssisələrinin seçilmiş alt-layihələrində nəzərdə tutula bilər. Bu alt-layihələrin seçilməsi və həyata keçirilməsində ətraf mühit problemləri nəzərə alınacaq. Həmin alt-layihələr çərçivəsində ətraf mühitə dəyə biləcək ziyanın qarşısını almaq məqsədilə Ətraf Mühitin İdarəolunması üzrə Çərçivə Sənədi (ƏMİÇS) tərtib olunmuşdur. ƏMİÇS Ali Təhsil Layihəsi çərçivəsində alt-layihələrin tərtibi və həyata keçirilməsi zamanı Dünya Bankının “Ətraf Mühitin Qiymətləndirilməsi” siyasətinin müddəalarına və Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi üzrə qaydalarına riayət olunmasına yardım etmək üçün nəzərdə tutulmuşdur. ƏMİÇS Dünya Bankının ətraf mühitin qiymətləndirilməsi qaydalarına uyğun olaraq ətraf mühiti mühafizə etmək üçün prosedur və icra tədbirlərindən ibarətdir. ƏMİÇS ictimai müzakirə üçün açıq elan olunur (sənədlə tanış olmaq üçün ƏMİÇS sözünün üzərinə tıklayın). Sizin ƏMİÇS ilə bağlı hər hansı rəy və təkliflərinizi səbirsizliklə gözləyirik. Verəcəyiniz hər bir təklif ƏMİÇS-in təkmilləşdirilməsində nəzərə alınacaqdır. ƏMİÇS ilə bağlı rəylərinizin 26 noyabr 2014-cü il tarixinədək elektron poçt və ya digər vasitə ilə aşağıdakı ünvana çatdırmağınızı xahiş edirik: Layihə Əlaqələndirmə Qrupu Azərbaycan Respublikası, Bakı ş., AZ1008 Nobel pr., 15, “Azure” Biznes Mərkəzi, 10-cu mərtəbə, 60-cı otaq Tel: + 994 (12) 488 66 47/48; Fax: +994 (12) 488 66 49 Email: rustamov@edu.gov.az
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıqda məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək. Təlimlərin müddəti: Təlimlər 2015-ci ilin yanvar – aprel (3 ay) tarixlərini əhatə edəcək. Dərslər gündə 4 saat (həftəlik 16 saat) olmaqla, həftənin 4 günü təşkil ediləcək. Təlimlərin günortadan sonra keçirilməsi planlaşdırılır. Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi • Təhsili idarəetmənin hüquqi əsasları • Kompüter və təlim texnologiyaları • Təhsildə statistika və təhlil • Təhsilin idarəedilməsi və monitorinqi • Təhsili idarəetmənin psixoloji əsasları • Kurikulum: Nəzəriyyə və tətbiq • Təhsildə maliyyənin idarəolunması Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək. Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil • 5 (beş) il pedaqoji iş təcrübəsi Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı • Yüksək motivasiyalılıq • Səmərəli qərar qəbuletmə bacarığı • Nəticəyönümlülük • İKT-dən istifadə bacarığı • Məntiqi düşüncə bacarığı Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az , telim@qu.edu.az elektron poçt ünvanlarına göndərməlidirlər. Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir. Müraciət üçün son tarix: 30 noyabr 2014-сü il Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanlarına (telim@edu.gov.az, telim@qu.edu.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur. Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Müraciət forması
08/07/2015 16:52
Bruney Darüssəlam hökumətinin 2015-2016-cı tədris ilində təhsil almaq imkanı barədə elanını nəzərinizə çatdırırıq:
Ölkə: Bruney Darüssəlam hökuməti Qurum: İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ali təhsil müəssisələri: Bruney Darüssəlam Universiteti (UBD), Sultan Şərif Əli İslam Universiteti (UNİSSA), Bruney Texnologiya İnstitutu (ITB) İxtisas istiqamətləri: Müxtəlif ixtisaslar Yol xərci: Təhsil müddətində bir dəfə Maliyyələşdirmə forması: Ödənişsiz Yaşayış yeri: Universitet yataqxanası Yaş məhdudiyyəti: bakalavriat: 18-25 yaş aralığı magistratura, doktorantura: 35 yaşınadək. Kvota sayı: Məhdudiyyət yoxdur Son müraciət tarixi: 15.12.2014 Müraciət forması: Fərdi İnternet səhifəsi: www.mofat.gov.bn Əlaqə vasitələri: email: scholarship@mofat.gov.bn tel: 00 673 2261 177 fax: 00 673 2230 903
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edir:
Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Müsabiqəyə əsərlər toplu şəklində hazırlanır. Topluya daxil olan əsərlərin sayı və ümumi həcmi aşağıdakı qaydada müəyyən edilir: Nəsr əsərləri – 15 (1,5–2 çap vərəqi) Nəzm əsərləri – 20 (1–1,5 çap vərəqi) Dram əsərləri – 5 (2–2,5 çap vərəqi) Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 (üç) nüsxədə diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə üzərində ünvan (AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49), “Bədii əsər müsabiqəsi” sözləri yazılmış və sayı 10-dan az olmamaqla hərf, yaxud rəqəmlərlə xüsusi kod işarə edilmiş bağlamada 2015-ci il iyun ayının 1-dən başlayaraq 1 (bir) ay müddətində qeydiyyata alınmaq üçün Təhsil Nazirliyinə göndərilir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir. Toplulardakı əsərlərə Təhsil Nazirliyinin müəyyən etdiyi ekspert qrupları tərəfindən baxılır və hər birinə ayrıca rəy yazılır. Müvafiq toplulardakı nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılmış hesab olunur. Ekspert qruplarındakı mütəxəssislərin adı gizli saxlanılır. Müsabiqənin mükafat fondu aşağıdakı kimi müəyyən edilir: I yer – 5000 (beş min) manat II yer – 3000 (üç min) manat III yer – 1500 (min beş yüz) manat Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndərilir və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Nazirliyin internet saytında yerləşdirilir. Rəy və mülahizələr Nazirliyin eser.musabiqe@edu.gov.az elektron poçtuna göndərilməlidir. Mükafata layiq yerlər Nazirliyə daxil olan rəy və təkliflərin təhlili əsasında müəyyənləşdirilir. Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək yekunlaşdırılır. Mükafatlandırma mərasimi Təhsil Nazirliyində keçirilir. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.
08/07/2015 16:52
Tenderin nəticəsi barədə məlumat
Layihənin adı: Azərbaycan Respublikası, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit № 4394AZ Müqavilənin təsviri: Layihənin nailiyyət indikatorları üzrə tədqiqat Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında seçim metodu Qalib məsləhətçinin adı: “SIGMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Problemləri üzrə Strateji Tədqiqatlar Mərkəzi Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, C.Cabbarlı küç. 44. Müqavilə #: 4394AZ-CQ-272 Müqavilənin imzalanma tarixi: 19 noyabr 2014-cü il Müqavilənin məbləği: AZN 148,440.46 (ƏDV daxil) Müqavilənin müddəti: 01 dekabr 2014-cü il – 01 dekabr 2015-ci il
08/07/2015 16:52
Belqrad Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə 2015-ci ilin 4-6 iyun tarixlərində Belqrad şəhərində “Tərcümə Mədəniyyətləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransda iştirak etmək istəyənlər aşağıdakı keçidə daxil ola bilərlər: http://www.fil.bg.ac.rs/lang/sr/fakultet/naucni-skupovi-i-konferencije/
08/07/2015 16:52
Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit № 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. TSİİL-in məktəbəqədər təhsil kurikulumunun hazırlanmasında töhfəsi olmuşdur və 2013-cü ildə Azərbaycan Respublikasının pilot rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni kurikulum üzrə təlimlər keçirilmişdir. Məktəbəqədər təhsil kurikulumunun tətbiqi məqsədilə bütün dövlət məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün növbəti təlimlər 2015-ci ildə planlaşdırılır. Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan təlimlərin və mentorluğun keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir: 1. Müqavilə №4394AZ-QCBS-278: Abşeron iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq; 2. Müqavilə №4394AZ-QCBS-279: Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq; 3. Müqavilə №4394AZ-QCBS-280: Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq; 4. Müqavilə №4394AZ-QCBS-281: Aran və Lənkəran iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq. Təlimlər və mentorluq Azərbaycan Respublikasının müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcəkdir. Xidmətlərin icra müddəti: iyun 2015 - mart 2016 Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; Müəllimlər üçün təlim kurslarının keçirilməsində iş təcrübəsi; Məktəbəqədər təhsil sahəsində layihələrin həyata keçirilməsində iş təcrübəsi. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 21 yanvar 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: 488 66 47/48; faks: 488 66 49 Email: y.manafova@edu.gov.az Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
Tenderlərin nəticələri barədə məlumat
Layihənin adı: Azərbaycan Respublikası, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit № 4394AZ Müqavilənin təsviri: Məktəb icma qurumlarının pilot məktəblərdə təşkili Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: Allianz Consult MMC Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küç.1/3. Müqavilə #:4394AZ-CQ-277 Müqavilənin imzalanma tarixi: 22 dekabr 2014 Müqavilənin məbləği: AZN 152,874.90 (ƏDV daxil) Müqavilənin müddəti: 22 dekabr 2014 – 30 dekabr 2015 Müqavilənin təsviri: Milli Qiymətləndirmə Tədqiqatı MQT-2015 üçün sahə fəaliyyətinin həyata keçirilməsi Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: ERA Research MMC Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Naxçıvani küç.22, mən.49. Müqavilə #:4394AZ-CQ-266 Müqavilənin imzalanma tarixi: 22 dekabr 2014 Müqavilənin məbləği: AZN 154,549.32 (ƏDV daxil) Müqavilənin müddəti: 22 dekabr 2014 – 30 dekabr 2015
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflıİyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı