Makedoniya Respublikası Təhsil və Elm Nazirliyinin 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanını nəzərinizə çatdırırıq:
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilir.
Gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. İstedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər fəaliyyət göstərir. Bununla yanaşı, gimnaziya və liseylərdə aşağıdakılar mövcuddur: • Kimya, fizika və biologiya laboratoriyalarında praktiki iş • Texniki avadanlıqlar ilə zəngin kabinetlər • Zəngin kitabxana • Müasir standarlara cavab verən yataqxana imkanları • Dövlət hesabına qidalanma • Açıq və qapalı idman meydançaları • Məktəbdənkənar tədbirlər • Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan unikal proqramlar Hal-hazırda VI, VII və VIII siniflərdə təhsil alan şagirdlər gimnaziya və liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Sənədlərin qəbulu hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeyd olunan gimnaziya və liseylərdə aparılır. Bundan başqa, aşağıda adı çəkilən sənədlərin elektron şəkildə qəbulu e-qebul@edu.gov.az elektron poçtu vasitəsilə aparılır. Elektron sənəd göndərərkən mövzu yerində qəbul olmaq istədiyiniz məktəbin adını qeyd edin. Qəbul imtahanları 16 may 2015-ci il tarixlərində keçiriləcəkdir. Müraciət üçün son tarix: 8 may 2015-ci il Tələb olunan sənədlər: • Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti • 2 ədəd 3X4 ölçülü fotoşəkil Əlavə məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz: Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi: Yasamal rayonu, Əhməd Cəmil küçəsi 3 Əlaqə telefonu: (012) 510-76-28 Kimya-biologiya təmayüllü respublika liseyi: Nizami rayonu, 8-ci km. qəsəbəsi, Şirin Mirzəyev küç. 53 Əlaqə telefonu: (012) 323-77-95 A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası Xəzər rayonu, Şüvəlan (Şimali DRES) qəsəbəsi, Lev Starçuk kuc.1 Əlaqə telefonu: (012) 459-01-45
08/07/2015 16:52
Makedoniya Respublikası Dövlət Universitetlərində 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanı
Makedoniya Respublikası Dövlət Universitetlərində 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanı nəzərinizə çatdırırıq: Ölkə: Makedoniya Respublikası Ali təhsil müəssisəsi: Makedoniya Respublikası Dövlət Universitetləri Təhsil səviyyəsi: bakalavriat Təhsil dili: makedon dili Yaş həddi: 28 yaşadək Qarşılanan xərclər: təhsil haqqı, viza, yaşayış, yemək və yol xərci Aylıq təqaüdün məbləği: 5.000 MKD (təxminən 82 avro) Kvota sayı: yoxdur Son müraciət tarixi: 31.07.2015 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi: www.stipendii.mon.gov.mk www.mon.gov.mk Əlaqə vasitələri: email: biljana.zafirovska@mon.gov.mk tel: +389 2 3227 761
08/07/2015 16:52
İngilis dili Müəllimlərinin Peşəkar İnkişafı və Sertifikasiyası Layihəsi
Layihə haqqında ümumi məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council,Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir. Layihə çərçivəsində seçiləcək ingilis dili müəllimlərinin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Layihənin bu mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək. Layihədə kim iştirak edə bilər? - Ümumtəhsil məktəblərin ingilis dili müəllimləri Layihəyə necə qoşulmaq olar? Layihədə iştirak etmək istəyənlər www.madad.net veb səhifəsinə daxil olub, “Sürətli keçid” başlığı altında “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” bölməsindəki ərizə formasını doldurmalıdırlar. Ərizə forması ya onlayn, ya da MS Word formatında doldurulub, 8 May 2015-cü il tarixindən gec olmayaraq enquiries@britishcouncil.az ünvanına göndərilməlidir. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər növbəti seçim mərhələsinə dəvət olunacaqlar. Bütün seçim mərhələlərindən uğurla keçən namizədlər layihənin iştirakçısı seçiləcək. İştirakçıların seçim meyarları Namizədlər aşağıdakı ümumi seçim meyarları üzrə qiymətləndiriləcəkdir: - Pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları - İngilis dili fənni üzrə kurikulum biliyi - Müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə - İKT savadlılığı - İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar - Tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar - Layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi - Müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak Layihənin komponentləri Seçim turlarından uğurla keçən namizədlər layihə iştirakçıları kimi aşağıdakı təlimlərə cəlb olunacaqlar: - Mədəd – Intel ® ”Gələcək üçün təhsil” təlimi - British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları” təlimi - Microsoft “Texnologiyalarla Tədris”təlimi Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda 2015-cü ilin İyun-Dekabr ayları ərzində keçiriləcək. Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar. Əlavə məlumat üçün British Council Azərbaycan təşkilatına aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz: Ünvan: 90A Nizami Bakı AZ1010, Azərbaycan Telefon: +994 (12) 4971593 Veb səhifə: www.britishcouncil.az E-poçt: enquiries@britishcouncil.az Əlaqələndirici şəxslər:Natavan Nagiyeva
08/07/2015 16:52
Tenderlərin nəticələri barədə məlumat
Layihənin adı: Azərbaycan Respublikası, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit № 4394AZ Müqavilənin təsviri: Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: Xəzər Universiteti Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Məhsəti küç.11. Müqavilə #: 4394AZ-CQ-240 Müqavilənin imzalanma tarixi: 24 aprel 2015-ci il Müqavilənin məbləği: AZN 127,487.20 (ƏDV daxil) Müqavilənin müddəti: 24 aprel 2015 – 30 dekabr 2015 Müqavilənin təsviri: Müəllimlər üçün peşə standartlarının hazırlanmasının yekunlaşdırılması Seçim metodu: Bir Mənbədən Seçim metodu Məsləhətçinin adı: “İnkişaf” elmi mərkəzi Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Əhmədbəyov küç.33. Müqavilə #: 4394AZ-SS-270 Müqavilənin imzalanma tarixi: 22 aprel 2015-ci il Müqavilənin məbləği: AZN 264,585.50 (ƏDV daxil) Müqavilənin müddəti: 22 aprel 2015 – 15 mart 2016
08/07/2015 16:52
Qiymətləndirmə tədqiqatları üçün logistika təminatı üzrə mütəxəssis
Tapşırığın adı: Qiymətləndirmə tədqiqatları üçün logistika təminatı üzrə mütəxəssis İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: sentyabr 2010 – oktyabr 2013 Tapşırıq və vəzifələr: Beynəlxalq qiymətləndirmə proqramlarının, milli qiymətləndirmələrin və mərkəzləşdirilmiş buraxılış imtahanlarının icrasının məxfiliyinin təminatına nəzarət; Beynəlxalq qiymətləndirmə proqramlarında, milli qiymətləndirmələr və mərkəzləşdirilmiş buraxılış imtahanlarında istifadə olunacaq test kitabçalarının, sorğu vərəqələrinin, test rəhbəri və məktəb koordinatorları üçün təlimatların çapı üzrə işlərin təşkili; Beynəlxalq qiymətləndirmə proqramlarında, milli qiymətləndirmələrdə və mərkəzləşdirilmiş buraxılış imtahanlarında istifadə olunacaq test kitabçalarının, sorğu vərəqələrinin, test rəhbəri və məktəb koordinatorları üçün təlımatların və s. qablaşdırılmasının təşkili; Beynəlxalq qiymətləndirmə proqramlarının, milli qiymətləndirmələrin və mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi zamanı yerlərdə olan inzibatçıların ehtiyaclarının ödınilməsinnin və onların Monitorinq və qiymətləndirmə şöbəsi ilə əlaqəsinin təmin edilməsi. İxtisas tələbləri: Logistika və ya digər müvafiq ixtisaslar üzrə bakalavr təhsili; Sorğu tədqiqatlarının logistikası xidmətlərinin göstərilməsi üzrə iş təcrübəsi; Azərbaycan və ingilis dillərini bilməsi; Kompüterdən istifadə etmə bacarığı. Tələb olunan sənədlər: 1. Ərizə 2. Tərcümeyi-hal (CV) Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 20 sentyabr 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Sevil Məsimova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflıİyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı