Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri
Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin layihələrinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, bədii tərtibat və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər. Tələb olunan xidmətlər: İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri. • Azərbaycan dili (tədris dili kimi) • Riyaziyyat • Həyat bilgisi • Русский язык (как язык обучения) • Математика • Познание мира Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi Xidmətin icra müddəti: 30.12.2017-cı il tarixədək Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır. Müraciət forması: Müraciət edən şəxslər qiymətləndirmək istədiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.05.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilərlər. Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə ən yüksək səviyyədə cavab verən namizədlər seçilərək onlardan qiymətləndirmək istədiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir. Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az Ərizə forması
14/04/2017 17:58
Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyinin 2017/2018-ci tədris ili üçün elan etdiyi Təqaüd Proqramı
Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura Yaş həddi: Bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək Tədris dili: Rumın Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə formasını doldurmalı və 24.04.2017-ci il saat 12:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla admission@edu.gov.az ünvanına göndərməlidir. Elektron poçtla göndərilən sənədlərin əslinin isə yalnız 24.04.2017-ci il saat 16:00-dan 17:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində əlaqədar şəxsə (Nərmin Həsənovaya) təqdim edilməsi xahiş olunur. Tələb olunan sənədlər: • Ərizə forması (əlavədədir); • CV (tərcümeyi-hal); • Doğum haqqında şəhadətnamənin surəti; • Şəxsiyyət vəsiqəsinin surəti; • Ümumvətəndaş pasportunun surəti; • Sağlamlıq haqqında arayış; • Yaşayış yerindən arayış; • Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surəti; • Bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surəti; • Bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavə (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surəti; • 2 ədəd fotoşəkil. Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır. Ərizə forması
14/04/2017 14:05
Satın alınma ilə bağlı bildiriş
2017/2018-ci tədris ilinə ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satın alınması üzrə keçirilən açıq tender iştirakçılarının şifahi sorğularına, eləcə də “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq əsas şərtlər toplusunda aşağıdakı dəyişiklik edilmişdir: Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğu iştirak etdiyi lotlar üzrə son üç il ərzində dərsliklərin nəşri və çapı sahəsində uğurla yerinə yetirdiyi müqavilələrin cəmi məbləğinə cavab verməlidir. Lot nömrəsi Minimal müqavilə məbləği (manatla) Lot 1 450000.00 Lot 2 700000.00 Lot 3 2050000.00 Lot 4 550000.00 Lot 5 500000.00 Lot 6 1100000.00 Lot 7 1900000.00 Lot 8 650000.00 Açıq tenderin əsas şərtlər toplusunda edilmiş bu dəyişiklik tender iştirakçıları üçün məcburi qüvvəyə malikdir. Bu dəyişiklik iştirakçılar arasında sağlam rəqabət mühitinin yaradılmasına və iştirakçıların say tərkibinin artırılmasına imkan verəcəkdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tender komissiyası
14/04/2017 11:21
2017-2018-ci tədris ilinə dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satınalınması məqsədilə açıq tender elanı
06/04/2017 15:44
Seul Universitetində təqaüd proqramı
Seul Universiteti tərəfindən dövlət qulluqçuları üçün “Şəhərin idarə edilməsi və planlaşdırılması” üzrə elan etdiyi magistr (MUAP) təqaüd proqramını nəzərinizə çatdırırıq: Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: Magistratura Yaş həddi: 3 illik iş təcrübəsinə malik 40 yaşadək namizədlər Təhsil müddəti: 2017-ci il avqust – 2019-cu il avqust (25 ay) Tədris dili: İngilis Qarşılanan xərclər: Aylıq təqaüd, təhsil haqqı, yataqxana, yol xərci və s. Son müraciət tarixi: 19.04.2017-ci il Müraciət forması: Elektron / http://isus.uos.ac.kr/isus/iudp/iudp_agree.do Rəsmi internet səhifə: http://isus.uos.ac.kr/isus/iphak/recruit/recruit2_1.do
31/03/2017 17:46
Malayziyada tədris üzrə təqaüd proqramı
Malayziyanın 2017/2018- ci tədris ili üzrə elan etdiyi “Malayziya Beynəlxalq Təqaüd Proqramı (MİS)” barədə elanı nəzərinizə çatdırırıq: Təqdim edən tərəf: Malayziya Proqramın adı: Malayziya Beynəlxalq Təqaüd Proqramı Təhsil səviyyəsi: magistratura, doktorantura İxtisaslar: Elm və Mühəndislik, Kənd Təsərrüfatı və balıqçılıq, İqtisadiyyat və İslam Maliyəsi, İnformasiya və Kommunikasiya Texnologiyaları, Bioteknologiya, Biogüvənlik və Ərzaq Təhlükəsizliyi, İnfrastruktur və Komunal, Ekoloji tədqiqatlar Qarşılanan xərclər: Təhsil haqqı, aylıq təqaüd, tibbi sığorta və yol xərcləri, kitab və daxili səyahət üçün illik qrant Yaş məhdudiyyəti: magistratura üçün müraciət edənlər üçün yaş məhdudiyyəti 40 yaş, doktorantura üzrə müraciət edənlər üçün isə 45 yaş müəyyən edilmişdir. Son müraciət tarixi: 31 mart 2017 Müraciət forması: Fərdi İnternet səhifəsi: https://biasiswa.mohe.gov.my/INTER/ Əlaqə vasitələri: E-mail: international_scholar@mohe.gov.my Tel: +603 8870 6387
17/03/2017 17:31
Təhsil Nazirliyi açıq tender elan edir
15/03/2017 11:27
Təhsil İnstitutu əməkdaşlığa dəvət edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan müəllim, doktorant, metodist və mütəxəssisləri əməkdaşlığa dəvət edir. Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə aşağıdakı keyfiyyətlərə malik olmalıdır: 1. İxtisas fənni üzrə dərin biliklər – vacibdir (elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər); 2. Araşdırmaçılıq (tədqiqatçılıq) keyfiyyətləri – vacibdir; 3. Yüksək özünütəhsil vərdişləri – vacibdir; 4. Xarici dil (ən azı rus, yaxud ingilis dilləri) və kompüter bilikləri – vacibdir; 5. Pedaqoji təcrübə – arzuolunandır; 6. Müasir pedaqogika ilə tanışlıq – arzuolunandır (hazırki kurikulum, müasir təlim texnologiyaları və s.); 7. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi – arzuolunandır (kitab, dissertasiya, məqalə və s.); 8. Tədris resurslarının hazırlanması layihələrində iştirak təcrübəsi – arzuolunandır; 9. Müxtəlif sahələrdə geniş elmi dünyagörüşü – arzuolunandır. Bu keyfiyyətlərə malik olan və dərslik hazırlamaq üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərin özləri haqqında məlumatları əlavədəki formaya qeyd edərək ulkar.zaidzada@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Zəruri keyfiyyətlərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır. Nazmizəd haqqında məlumat
15/03/2017 11:13
Kotirovkalar sorğusu üsulu ilə satın alınma
Azərbaycan Respublikasının Təhsil Nazirliyi AZS 282-2007 tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 13 mart 2017-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
03/03/2017 16:37
Filter
Xəbərlər
-
Emin Əmrullayev Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
28.11.2024 - 18:20 -
Azərbaycan Milli Konservatoriyasının yeni rektoru kollektivə təqdim olunub
28.11.2024 - 17:50 -
Elm və təhsil naziri Qazaxıstan səfiri ilə görüşüb
28.11.2024 - 16:00 -
“Qlobal İnnovasiya İndeksi"nin insan kapitalı ilə bağlı göstəricilərin yaxşılaşdırılması üzrə müzakirələr aparılıb
28.11.2024 - 09:34 -
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat ilə bağlı təlimat.
ƏtraflıDostluq daha gözəldir!
ƏtraflıNoyabrın 27-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21739-1
Ətraflı