Qazaxıstan Respublikasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin 2017-2018-ci tədris ili üçün Qrant Proqramı
Qazaxıstan Respublikasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti 2017-2018-ci tədris ili üçün Qrant Proqramı elan edir. Qrant Proqramı türkdilli ölkələrdən gənclərin həmin universitetdə təhsil almaları məqsədilə həyata keçirilir. Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına 15 məqsədli təhsil qrantı ayrılıb. Qrant barədə ətraflı məlumatı universitetin internet səhifəsindən (ayu.edu.kz) əldə etmək mümkündür.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından admission.ayu.edu.kz ünvanından qeydiyyatdan keçmələri xahiş olunur. Sözügedən keçid 01.06 - 30.06.2017-ci il tarixləri arası aktiv olacaqdır.
Proqram çərçivəsində Qazaxıstan tərəfindən qarşılanan xərclər: təhsil haqqı, təqaüd, yataqxana və ildə bir dəfə vətənə gediş-gəliş xərci.
9 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
