Kotirovkalar sorğusunun nəticələri barədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mal və materialların satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Dostluq trading” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 01 avqust 2017-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.
01/08/2017 15:39
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqənin II mərhələsi
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqənin ikinci mərhələsi başlayıb. Avqustun 8-də 220 nömrəli məktəb-liseydə keçiriləcək müsabiqənin II mərhələsində namizədlərə elektron formada (kompüter əsaslı) 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək. Müsabiqə ilə bağlı məlumatlar namizədlərin onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndərilib. Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir. “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir. Müsabiqə ilə bağlı suallarla telim@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Sual nümunələri
31/07/2017 12:44
Kotirovkalar sorğusunun nəticələri barədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mebel avadanlıqlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 26 iyul 2017-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.
27/07/2017 15:14
2017-2018-ci tədris ilində respublikanın rayon və şəhərlərinin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat
23/07/2017 03:04
Böyük məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə
Azərbaycan Respublikası Təhsil Nazirliyi Hüquq şöbəsinin Normativ hüquqi təminat sektorunda vakant böyük məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir: Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: • ərizənin surəti • əmək kitabçasının surəti • ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə) • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) • bir ədəd ağ rəngli foto şəkil • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 20 iyul 2017-ci il tarixdən 03 avqust 2017-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilə bilər. Telefon: 599-11-55 (5228) Hüquq şöbəsinin Normativ hüquqi təminat sektoru, böyük məsləhətçi Vəzifənin kodu: Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49. İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Vəzifə maaşı: 530 manat Qulluq funksiyaları: Normativ hüquqi aktların layihələrinin hazırlanması; Nazirliyin digər struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi akt layihələrinin qanunvericiliyin tələbinə uyğun olmasının yoxlanılması və nəticəsinə əsasən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən məcburi hüquqi ekspertiza rəyinin hazırlanması; Nazirliyin Kollegiyasının qəbul etdiyi və normativ hüquqi akt hesab edilən qərarların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri sənədlərin hazırlanması; digər struktur bölmələr tərəfindən hazırlanmış əmr, müqavilə və digər sənəd layihələrinin qanunvericiliyə uygunluğunu yoxlamaq məqsədilə həmin layihələrə rəy verilməsi; təhsil orqanlarının və müəssisələrinin fəaliyyətlərinin həyata keçirilməsi zamanı qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış çətinliklərə hüquqi rəy və izah verilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) baxılması; təhsil müəssisələrinin nizamnamə layihələrinə rəy verilməsi; şöbənin fəaliyyətinə dair hesabatların və iş planlarının hazırlanması; vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması; şöbəyə daxil olan müraciətlərin məzmunundan və mahiyyətindən asılı olaraq araşdırılması və müvafiq qaydada cavablandırılması. Vəzifənin tutulması şərtləri: hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil; Ixtisas üzrə 1 (bir) il iş staj MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. - orta-yüksək səviyyədə; rus dili – orta səviyyədə, ingilis dili – orta səviyyədə
19/07/2017 17:20
Mal və materialların kotirovkalar sorğusuna dair bildiriş
Azərbaycan Respublikasının Təhsil Nazirliyi mal və materialların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 11 iyul 2017-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
03/07/2017 17:21
Mebel avadanlıqlarının kotirovkalar sorğusuna dair bildiriş
Azərbaycan Respublikasının Təhsil Nazirliyi mebel avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 07 iyul 2017-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
03/07/2017 17:20
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün tələblər: - Ali təhsil - Təhsil və ya idarəetmə sahəsində minimum 3(üç) illik iş təcrübəsi - Bölgələrdə təhsil sahəsində çalışmaq istəyi Namizədlərdən gözlənilən digər keyfiyyətlər: - Liderlik bacarığı - Yüksək motivasiya - Səmərəli qərar qəbuletmə bacarığı - Nəticəyönümlülük - İKT-dən istifadə bacarığı - İngilis dili bilikləri - Məntiqi düşüncə bacarığı - Təhsil qanunvericiliyi üzrə biliklər Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: http://bit.ly/2sE7lt5 Qeyd: Müraciət üçün son tarix: 20 iyul 2017-ci il Seçim qaydaları: I mərhələ: http://bit.ly/2sE7lt5 linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.
22/06/2017 15:42
Dərslikləri Qiymətləndirmə Şurasının yeni tərkibinin seçiminə dair elan
Dərslikləri Qiymətləndirmə Şurası haqqında qısa məlumat: Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən yeni hazırlanan və əsaslı şəkildə yeniləşdirilmiş təkrar nəşr olunan dərslik komplektlərinin ekspertizasını və qiymətləndirilməsini həyata keçirən qurum olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosedurunu təşkil etməkdən ibarətdir. Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri aşağıdakı ekspertiza sahələri üzrə xidmət göstərəcəklər: İbtidai təhsilin məzmunu Azərbaycan dilinin tədrisi Ədəbiyyatın tədrisi Xarici dillərin tədrisi Riyaziyyatın tədrisi İnformatikanın tədrisi Biologiyanın tədrisi Coğrafiyanın tədrisi Tarixin tədrisi Fizikanın tədrisi Kimyanın tədrisi “Русский язык/Литература”-nın tədrisi Təhsil proqramlarının (kurikulumların) fəlsəfəsi Fiziki tərbiyə Həyati bacarıqların formalaşdırılması Məktəblilərin yaş psixologiyası və fiziologiyası Tədris resurslarının dizaynı və bədii tərtibatı Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi ekspertiza sahəsinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi ekspertiza sahəsinə uyğun azı 5 illik təcrübəyə malik olmalı və dərslik hazırlığı ilə məşğul olan müəssisələrdə fəaliyyət göstərməməlidir. Dərsliklərin qiymətləndirilməsi sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir. 3. İKT-dən istifadə bacarıqları: Namizəd “Microsoft Word” proqramından istifadə etməyi bacarmalıdır. Müraciət forması:.Müraciət edən şəxs müraciət etdiyi ekspertiza sahəsini “Subject” hissəsində göstərməklə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 18.07.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilər. Daxil olan CV-lər əsasında elanın tələblərinə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi ekspertiza sahəsi üzrə bir dərsliyin ekspertizasını həyata keçirmək xahiş ediləcəkdir. Təqdim edilən sınaq ekspertiza əsasında ən uğurlu namizədlər müəyyənləşdirilərək müsahibəyə dəvət ediləcəklər. Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az
16/06/2017 18:21
Pakistan İslam Respublikasının Lahor İdarəetmə Elmləri Universitetində təhsil
Pakistan İslam Respublikasının Lahor İdarəetmə Elmləri Universiteti Azərbaycan vətəndaşlarını 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsində təhsil almağa dəvət edir. Təhsilin səviyyəsi: bakalavriat İxtisas: 30-dan artıq ixtisas üzrə təhsil proqramları Təhsil ödənişlidir. Daha ətraflı məlumatı göstərilən saytlardan əldə etmək mümkündür: admission.lums.edu.pk və lums.edu.pk/publications-at-lums
31/05/2017 11:09
Filter
Xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı