“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41
Noyabrın 23-də Elm və Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, İdman TV və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əməkdaşlığı ilə təşkil olunan məktəblilər arasında “Böyük tənəffüs” idman yarışı televiziya layihəsinə start verilib.
Layihənin məqsədi ümumi təhsil müəssisələrində şagirdlərin fiziki aktivliyini artırmaq, onların idmana marağını gücləndirmək, bədən tərbiyəsi və idmanın kütləviliyini təşviq etmək, məktəb idmanını televiziya vasitəsilə daha geniş auditoriyaya tanıtmaq, şagirdlər arasında sağlam həyat tərzini təbliğ etmək və onların psixoloji inkişafına dəstək olmaqdır.
2026-2027-ci tədris ili ərzində yarışlar fiziki tərbiyə fənninin kurikulum tələbləri, təlim nəticələri və şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunur. Üç mərhələdən ibarət olan yarışın ilk mərhələsi rayondaxili, ikinci mərhələsi qrup təsnifatı, üçüncü mərhələsi yarımfinal və final mərhələlərini əhatə edir.
Yarışlarda Bakı şəhəri üzrə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 362 ümumi təhsil müəssisəsinin komandaları mübarizə aparacaq. Əsasnaməyə əsasən hər məktəb tərkibində V, VI və VII siniflərin hər birindən 2 oğlan və 2 qız şagird olmaqla 12 nəfərdən ibarət komanda ilə təmsil olunur.
Yarışların televiziya buraxılışlarını İdman TV kanalından izləmək mümkün olacaq.
Qeyd edək ki, “Böyük tənəffüs” layihəsi ilk dəfə 2025–2026-cı tədris ilində həyata keçirilib. İlkin olaraq Bakı şəhərinin 27 ümumi təhsil müəssisəsinin iştirak etdiyi layihə cari tədris ilində daha geniş miqyasda təşkil olunaraq 362 məktəb və 4000-dən artıq şagirdi əhatə edir.
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
