“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20/05/2026 15:41
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18/03/2026 17:41
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir. Festivalın əsas məqsədi şagirdlər arasında xor mədəniyyətinin inkişaf etdirilməsi, milli musiqi dəyərlərinin təbliği və kollektiv ifa bacarıqlarının formalaşdırılmasıdır. Layihə Bakı şəhəri və regionlarda yerləşən dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Layihə çərçivəsində qeydiyyatdan keçən dövlət ümumi təhsil müəssisələrinin musiqi müəllimləri üçün şagirdlərlə xor dərslərinin təşkilinə dair öncədən məlumatlandırıcı sessiya və təlimlər keçiriləcək. Daha sonra isə təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, həmçinin şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq. Xor kollektivi formalaşdıran müəllimlər daha sonra festivalda iştirak edə biləcəklər. Xor kollektivləri aşağıdakı yaş qruplarını əhatə edəcək: * 7–10 yaş * 11–14 yaş * 15–18 yaş Festivalın iki mərhələli seçim turunu uğurla başa vuran 10 xor kollektivi layihənin yekununda keçiriləcək Qala konsertdə səhnə alacaq və mükafatlandırılacaqlar. Qeyd edək ki, festival çərçivəsində xor dərslərinin keçirilməsi qaydalarını əhatə edən 5–7 dəqiqəlik videomateriallar hazırlanaraq təqdim olunacaq. Bu təlim və videomateriallar məktəblərdə xor fəaliyyətinin daha sistemli və keyfiyyətli təşkilinə dəstək xarakteri daşıyır. Festivalda iştirak etmək üçün aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/NTwawXtV89ZcaeM98 Qeydiyyat üçün son müraciət tarixi: 15 aprel, 2026-cı il Qeydiyyat zamanı hər hansı sual yaranarsa: Əlaqə nömrəsi: 050-461-57-55 Elektron poçt ünvanı: info@medeniyyetkonulluleri.az
24/02/2026 17:40
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23/09/2025 16:47
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11/08/2025 15:03
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə
06/08/2025 16:19
SOCAR-ın “Elm və Təhsil Fondu”nun müsabiqə elanı
16/07/2025 09:02
Filter
Xəbərlər
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
10.08.2026 - 17:24 -
“Təhsil TV” yeni saytı ilə fəaliyyətini genişləndirir
10.08.2026 - 14:23 -
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib
07.08.2026 - 16:10 -
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır
06.08.2026 - 17:39 -
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
04.08.2026 - 17:31
Bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək. Onların arasında Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olan gənclərimiz də var. Gəlin həmin təqaüdçülərimizi tanıyaq! #xaricdətəhsil #dövlətproqramı #dpeduaz
Ətraflı?Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək. Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ
ƏtraflıQarabağ Universiteti – irsimizdən ilham alıb gələcəyi birlikdə qururuq! 2024-cü ildə ilk tədris ilinə 6 fakültə, 27 ixtisas proqramı və 1154 tələbə ilə başlayan Qarabağ Universiteti bu gün 9 fakültədə 49 ixtisas üzrə təhsil imkanları təqdim edir. Qarabağ Universiteti mühəndislik, biznes və iqtisadiyyat, tibb və sağlamlıq elmləri, riyaziyyat və kompüter elmləri, pedaqogika, təbiət elmləri, humanitar və sosial elmlər, incəsənət istiqamətləri üzrə kadr hazırlığı həyata keçirir. Beynəlxalq standartlara cavab verən infrastruktur, o cümlədən müasir auditoriya və laboratoriyalar, zəngin kitabxana və elmi-tədqiqat məkanları tələbələrin öyrəndiyi, araşdırdığı, yaratdığı və yeni ideyaları həyata keçirdiyi canlı akademik mühit formalaşdırır. Burada yalnız dövlət sifarişi əsasında qəbul həyata keçirilir. Tələbələrin keyfiyyətli təhsil alması və müasir universitet kampusunun təqdim etdiyi imkanlardan yararlana bilməsi üçün hərtərəfli şərait yaradılıb. Bütün tələbələr üçün yataqxana və kommunal xidmətlərin xərcləri dövlət tərəfindən qarşılanır. Amma Qarabağ Universitetinin hekayəsi bununla bitmir. Xankəndidə Mühəndislik, Riyaziyyat və kompüter elmləri, Təbiət elmləri, Sosial elmlər və hüquq, Şuşada İncəsənət, Xocalıda Kənd Təsərrüfatı fakültələri üçün yeni binaların inşası Qarabağda böyük bir təhsil ekosisteminin formalaşmasına xidmət edəcək. Universitetin Klinikası ilə birgə Tibb və sağlamlıq fakültəsi isə təhsil, elmi tədqiqat və müasir tibbi xidmətin bir araya gəldiyi akademik-kliniki mərkəzdir. Qarabağ Universitetində təhsil auditoriya ilə məhdudlaşmır. Təcrübə proqramları, istehsalat təcrübəsi və tətbiqyönümlü öyrənmə tələbələrə biliklərini real iş mühitində sınamaq, tərəfdaşlarla əməkdaşlıq isə gələcək karyeralarına hazırlaşmaq imkanı verir. Çünki məqsəd yalnız məzun yetişdirmək deyil. Məqsəd Qarabağın və Azərbaycanın gələcəyini quracaq yeni nəsil yetişdirməkdir. Bu gün Qarabağ Universiteti sürətlə böyüyür. Sabah burada yeni ixtisaslar, yeni elmi araşdırmalar, daha geniş akademik imkanlar və yeni uğur hekayələri yaranacaq. O gələcəyin bir parçası olmaq istəyirsənsə, Qarabağ Universitetini seç. Öyrən, yarat, yenidən qur. Ətraflı məlumat üçün: qu.edu.az
Ətraflı