Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu

Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu

Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək

10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII)  keçiriləcək.    Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.    “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək.   Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.   Konfransda iştirak üçün ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:   Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi

“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!

“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi

Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təşkili barədə sorğu

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi

Qarabağ Universitetində vakansiya - müəllim

Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi

03/11/2026

Noyabrın 2-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq, vətəndaş qəbulu, eləcə də görüşlər keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23435-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
02/11/2026

? Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Ətraflı
02/11/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib. 15 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2027-cı ilin may ayında yekun vurulacaq. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23434-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Futzal

Ətraflı