Xəbərlər
Elanlar
“Zəfər” yay düşərgəsi keçiriləcək Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən yay düşərgəsi təşkil olunacaq. “Zəfər” yay düşərgəsi çərçivəsində 30 məktəbli şəhid övladı innovasiyalar sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə keçiriləcək təlimlərə cəlb olunacaq. İştirakçılar qrup formatında təşkil ediləcək intellektual oyunlarda bilik və bacarıqlarını nümayiş etdirəcək, həmçinin idman və əyləncə proqramlarında iştirak edəcəklər. Layihə 21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində həyata keçiriləcək. Düşərgə ərzində iştirakçıların komanda işi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək göstəriləcək, innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə görüşlər təşkil olunacaq. Layihənin məqsədi məktəbli şəhid övladlarının innovativ düşüncə tərzinin, rəqəmsal bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına dəstək olmaq, eyni zamanda onların yay tətilinin səmərəli və faydalı təşkilinə töhfə verməkdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Zəfər #YayDüşərgəsi #TəhsildəQrantlar
ƏtraflıElm və Təhsil Nazirliyinin "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən "Təhsil liderləri üçün mini MBA proqramı" layihəsi keçirilib. Proqrama seçim mərhələsini uğurla keçmiş məktəb direktoru və direktor müavinləri cəlb olunub. Layihə müddətində iştirakçılar liderlik, strateji idarəetmə, qərarvermə, insan resurslarının idarə olunması, büdcə planlaması, keyfiyyət təminatı, kommunikasiya bacarıqları və real idarəetmə situasiyalarında effektiv qərarların qəbulu kimi müasir məktəb idarəçiliyinin əsas istiqamətlərini əhatə edən mövzular üzrə təlimlərdə iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar üçün ustad dərsləri də təşkil edilib. Dövlət və təhsil sahəsinin tanınmış rəhbərləri, ali təhsil müəssisələrinin nümayəndələri və ekspertlərin iştirakı ilə keçirilən bu görüşlərdə təhsil sahəsində aparılan islahatlar, innovativ idarəetmə modelləri, insan kapitalının inkişafı, məktəb liderliyi, psixoloji rifah və müasir idarəetmə təcrübələri müzakirə olunub. Layihənin yekununda təltifetmə mərasimi keçirilib, proqramı uğurla başa vurmuş məktəb liderlərinə sertifikatlar təqdim olunub. Qeyd edək ki, “Təhsil liderləri üçün mini MBA proqramı” layihəsinin əsas məqsədi məktəb rəhbərlərinin və təhsil idarəçilərinin peşəkar idarəetmə kompetensiyalarını gücləndirmək, liderlik bacarıqlarını inkişaf etdirmək və təhsil müəssisələrində müasir idarəetmə mədəniyyətinin formalaşmasına töhfə verməkdir. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TəhsildəQrantlar
ƏtraflıQarabağ Universitetində İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə həyata keçirilən ikili diplom proqramı gələcəyin mühəndisləri üçün yeni imkanlar yaradır. ? İki universitet, iki diplom, bir uğurlu gələcək! #ElmVəTəhsilNazirliyi #EduGovAz #QarabağUniversiteti #ITÜ #İkiliDiplomProqramı
Ətraflı