İctimai şura
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədridir.
|
|
|
|
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavinidir. |
|
|
|
Əlizadə Məleykə Cəmşid qızı,Gəncə Regional Qadın Mərkəzinin sədri. 38 beynəlxalq və yerli layihələrin rəhbəri və mübadilə proqramlarınnın iştirakçısı olub. Beynəlxalq təşkilatların yerli məsləhətçisidir. Tarix elmləri üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar müəllimidir. |
|
|
|
2005 - 2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, AMEA Gənc Alimlər Şurasının sədri vəzifələrində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclis sədri seçilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı hazırlayan işçi qrupunun, eyni zamanda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olub. Həmçinin, AMEA-nın Fizika İnstitutunun Elmi Şurasının üzvü kimi fəaliyyət göstərib. 2008-2013-cü illərdə "Gənc alimlərin əsərləri" elmi jurnalının baş redaktorunun müavini, 2013-cü ildən isə baş redaktorudur. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədridir. 2006-cı ildə elm sahəsində nailiyyətlərinə görə “Gənclər mükafatı” ilə, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2019-cu ildə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və məsul katibi seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmişdir. Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi istiqamətini kurasiya edir. |
|
|
|
|
|
|
|
1986-cı ildən 1992-ci ilədək Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində elmi işçi, 1992-ci ildən 2002-ci ilədək Təhsil Nazirliyinin Elm və təhsil idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Fəlsəfə üzrə fəlsəfə doktorudur. XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədridir. 2004-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib. Təhsil və elm sahəsində 1000- dən çox elmi və publisistik məqalənin, bir neçə kitabın müəllifidir. 2020-ci ildə keçirilən 6-cı çağırış Parlament seçkilərində 31 saylı Suraxanı 2-ci Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin Elm və Təhsil, İdman və gənclər Komitəsinin üzvüdür.
|
|
|
|
Kulturoloq, tarix elmləri doktoru, professordur. Azərbaycan elmində yeni istiqamət olan kulturologiya elminin yaradıcısıdır. 1969-1990 illərdə AMEA-nın Tarix institutu və Azərbaycan tarix muzeyində kiçik elmi işçi, şöbə müdiri, böyük elmi işçi vəzifələrində çalışıb. 1990 ildən bu günə qədər Azərbaycan Reespublikasının Prezidenti yanında Dovlət İdarəçılık Akad- emiyasının professoru vəzifəsində işləyir. 300-dən artıq elmi, elmi-maarif əsərlərin, elmi konsepsiyaların, o çümlədən 15 monoqrafiya, kitab və dərs vəsaitlərinin müəllifidir. İlk qeyrihökumət təşkilatı “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının vitseprezidenti, Bakı şəhəri Yasamal ray- onunun Ağsaqqallar şurasının sədr müavinidir. “Dövrün yaradıcısı” Beynəlxalq orden və bir sıra beynəlxalq medallar və fəxri adlarla təltif edilib. Altı beynəlxalq akademiyanın üzvüdür. |
|
|
|
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibidir. 2012-ci ildə Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-liseyindən məzun olmuşdur. Bakalavr təhsilini Bakı Mühəndislik Universitetində Kimya müəllimliyi üzrə, Magistr təhsilini AMEA– nın Neft-Kimya Problemləri İnstitutunda Nano Materiallar kimyası üzrə bitirmişdir. |
|
|
|
Məmmədova Pərvanə Eldar qızı, 1990-ci ildə Bakı Dövlət Unversitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsinə daxil olub və 1995-ci ildə oranı bitirib. 1999-cu ilin dekabrında Harvard Universitetitnin Kennedi Dövlət İdarəetmə Məktəbi və Hunt Alternatives (Boston, ABŞ) təşkilatının Qadınlar və İctimai Siyasət Proqramının Qlobal Təşəbbüsu olan “Women Waging Peace” (Sülh Aparan Qadınlar) töhfə verib və onun təsisçisi olmuşdur. 1999-cu ilin aprel ayinda YUVA Humanitar Mərkəzinin sədri seçilib. 2000-ci ildən bəri Avropa Şurası Gənclər Departamentinin Təlimcilər Bazasının üzvüdür. |
|
|
|
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın Reqlamenti |